Amazondan ilk kassasız supermarket

Amazon GO Fotonun müəllifi Reuters

Onlayn alış-veriş nəhəngi Amazon ABŞ-ın Seattle şəhərində kassasız supermarket açıb.

ABŞ-da ilk belə dükan olan Amazon Go-da tavandan asılmış xüsusi kameralar müştərilərin nəyi seçdikləri müşahidə edir və dükandan çıxanda onların hansısa ödəniş etməsinə və çek almasına ehtiyac qalmır.

Ödənişlər, mağazanı tərk etdikdən sonra müştərilərin kredit kartlarında görünür.

Lakin bunun üçün müştərilər mağazaya girməzdən öncə telefonlarına Amazon Go tətbiqi yükləməlidirlər.

Fotonun müəllifi Reuters

Müştərilər rəflərdən bir məhsulu götürəndə o məhsul mobil telefondakı tətbiqdə görünür və o məhsula görə ödəniş çıxılır.

Lakin o məhsulu yerinə qoyanda məhsula görə ödəniş də geri qaytarılır.

Əslində Amazon bu dükanı 2016-cı ildə açmışdı, amma eyni cür bədən formasına malik insanların kameralarda tanınmaması və uşaqların məhsulları götürdükdən sonra fərqli rəflərə qoyması mobil ödənişlərdə səhvlərə səbəb olurdu.

Amazon şirkəti təxmin edir ki, bu cür sistem supermarketlərdə növbələrin qarşısını ala bilər.

Bu barədə daha geniş