Bill Gates üçün ideyam var. Davos forumuna gedib ona çatdıra bilərəmmi? Dünya İqtisadi Forumu barədə bilmədikləriniz

Donald Trump Fotonun müəllifi Getty Images
Image caption Bu ilki forumun ən mühüm xüsusiyyəti ABŞ prezidenti Donald Trump-ın iştirakıdır

Hər il bu vaxtlar dünyanın varlı, qüdrətli və məşhur insanları İsveçrənin balaca dağ kəndinə toplaşaraq günün böyük məsələlərini müzakirə edir, dünyanın işlərini düzəltməyə cəhd göstərirlər.

Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1971-ci ildə akademik Klaus Schwab tərəfindən yaradılmış kiçik bir qrupdan, hazırda təxminən 3000 iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib.

Bunların 900 nəfərindən çoxu böyük şirkərlətlərin direktorları, 70-dan çoxu dövlət başçılarıdır.

Toplantının keçirildiyi Davos şəhərinin adı artıq forumun rəsmi adının qısaldılmış şəklində istifadə edilir.

Bu ilki forumun ən mühüm xüsusiyyəti ABŞ prezidenti Donald Trump-ın iştirakıdır. Bununla cənab Trump 19 ildən indiyədək Davos-da iştirak edən ilk vəzifə başında olan ABŞ prezidenti olacaq.


Həmçinin oxuyun:


Forumun mühüm iştirakçıları arasında həmçinin Hindistanın baş naziri Narendra Modi, Britaniya baş naziri Theresa May və Fransa prezidenti Emmanuel Macron da var.

Davos-da bu il iştirak edən digər məhşurlar arasında aktrisa Cate Blanchett, müsiqiçi Will.i.am və ifaçı Elton John-da olacaq.

Forumun bu ilki mövzusu "Parçalanmış dünyada paylaşılan gələcək yaratmaq"dır.

Cinsi işgəncə, gender bərabərsizliyi, texnoloji inkişafın təsiri, qloballaşma və dünya liderlərinin fərqli siyasi mövqeləri forumda müzakirə ediləcək digər mühüm movzulardır.

Fotonun müəllifi Getty Images
Image caption Cate Blanchett bu il Davos-da iştirak edəcək

Bura necə bir yerdir və burda nələr baş verir?

Burada məxfilik dərəcəsi müxtəlif olan iclaslar keçirilir. Bir də bağlı qapı arxasında keçirilən tədbirlər var. Bağlı görüşlərə ağ rəngli buraxılış vəsiqələrinin sahibləri baş çəkə bilər. Şəxsi görüşlər də olur və bunlardan heç xəbər də olmur, lakin bu gizli görüşlərdə adətən böyük sövdələşmələr yer alır.

Yaxşı, bəs orada real olaraq nə baş verir?

Çoxsaylı niqtlərdən başqa orada bir xeyli qonaqlıqlar da olur. Burada şirkətlər öz müştəriləri üçün şam və içki süfrələri açırlar. Doğrudur yemək-içmək su yerinə axır, amma sonradan dostlara danışılacaq maraqlı bir şey yoxdur.

Bəzən "Killers" kimi böyük musiqi qrupları burada canlanma yaradır. Amma hər halda bura Glastonbury festivalı deyil. Ətrafda yalnız burterbrod yeyən kostyumlu-qalstuklu kişiləri görürsən.

Fotonun müəllifi Getty Images
Image caption Davos-da kifayət qədər şənlik olur

Onda burada sadəcə rəqs edib söhbət etmək olur?

Ola bilər. Amma burada olmaqda başlıca məqsəd ideyaları parlatmaq və söhbətlər etməkdir. Bu heç də o demək deyildir ki, bütün problemlər elə o saat, ordaca həll olunacaq.

Forumun tarixində dərhal həll olunan problemlərdən biri, 1980-ci illərdə Türkiyənin Yunanıstana müharibə etməsinin qarşısının alınması olub.

Onda keçmiş Türkiyə baş naziri Turqut Ozal yunan həmkarı Andreas Papandreou ilə görüşmüşdü və qərara gəlmişdi ki, ona etibar edə bilər.

BRİCS təşkilatının İnkişaf Bankı barədə ideya, burada, iqtisadçılar Lord Stern və Joseph Stiglitz arasında 2011-ci ildə baş vermis söhbətdə yaranıb.

Bəlkə mənim də cənab Gates üçün ideyam var. Çatdıra bilərəmmi ona?

Birincisi sizin ora dəvət edilməyiniz lazımdır. Nəzərə alsaq ki, siz icraçı direktor və ya dünya lideri deyilsiniz, onda heç olmasa sosial təyinatlı şirkətiniz, ya da QHT-niz olmalıdır. Ya da şirkətiniz Foruma üzvlük haqqı kimi 30 min dollar ödəməlidir. Unutmayın ki, hələ çox bahalı mehmanxana nömrəsinin haqqı da var.

Bir məşhur müəssisə kapitalı firması tədbir zamanı oz investorlarını məmnun etmək üçün azı 700 min dollar xərcləməli olur.

Yox, əgər belə pulunuz yoxdursa, bura öz qoşqulu yataq yedəyinizlə gəlib, hansısa əlavə tədbirlərə qatıla bilərsiniz.

Fotonun müəllifi Reuters

Nə? Yataq qoşqusu? Bəs deyirdiniz, bura Glastonbury deyil?

Heç bilirsiniz varlı və məşhur adamlara, onları qartopu vura biləcəyin məsafədə olmaq necə də ecazkar hissdir? Planlaşdırma bir ay əvvəl başlanır və yaxşıca əlaqələndirilməlidir.

Sizə uzaqbaşı "mehmanxana vəsiqəsi" verə bilərlər. Bu da pis deyil. Konfranslara girə bilməsəniz də, vestibüllərdə verilən ziyafətlərə qatıla bilərsiniz.

Bunu etməyə dəyərmi?

Bizneslər üçün yaxşı imkandır. Bir var bütün dünya boyunca təyyarə ilə uçub müştərilərlə görüşəsən, bir də var onların hamısı bir yerə toplaşıb.

Maraq göstərən adamlar üçünsə, bu onların başqa ambisiyalı şəxslərlə tanış olması üçün yaxşı məkandır.

Yaxşı, tutaq ki, mən bir yolla dəvətnamə ələ keçirdim. Nəyi bilməliyəm?

Çox məşğul bir tədbirdir. İş adətən səhər saat 7-də verilən səhər yeməyindən başlanır və gecədən xeyli keçmiş ziyafətlə başa çatır.

Çox soyuqdur. Xizəksürmə zolağı əladır. Amma əlbəttə, bu, konfransdır və içəri istidir. Bəziləri çantalarında ehtiyat ayaqqabı götürürlər. Moda jurnallarında deyildiyi kimi, bunlar zövq məsələsidir.

Elə də bilirdim, burda xizək sürmək məsələsi çox mühümdür…

Əslində çox az adam burda xizək sürməyə can atır. Həftəsonunda qonaqlardan kimisə orda tapmaq olar. Məsələn qarlı yamac aşağı sürüşən OECD başçısı Angel Gurrianı görə bilərsiniz.

Əlaqəli mövzular

Bu barədə daha geniş