Grumpy Cat hüquqlarının pozulmasına görə 700 min dollar təzminat alıb

Amerikalı pişik internetin rusdilli seqmentində də çox məhşurdur. Onu gah kədərli, gah qaraqabaq, gah qəzəbli, bəzən isə sadəcə Grampy Cat adlandırırlar. Fotonun müəllifi Getty Images
Image caption İnternet ulduzuna çevrilmiş pişiyi gah kədərli, gah qaraqabaq, gah qəzəbli, bəzən isə sadəcə Grumpy Cat adlandırırlar

Özünün qeyri-adi görünüşü ilə internetdə məşhurlaşan pişik California ştatının federal məhkəməsində müəllif hüquqları işi üzrə 710 min ABŞ dolları qazanıb.

Grumpy Cat Limited şirkəti Amerikanın Grenade qəhvə şirkətinin sahiblərini pişiyin görüntüsündən istifadə barədə razılaşmanı pozduğuna görə məhkəməyə verib.

Qaraqabaq pişiyin şəklindən "Grumppuccino" içkisinin satışında istifadə etmək hüququna malik olub. Şirkət onunla birgə digər Grumpy məhsullarını da satıb.

Əsl adı Tardar Sauce olan pişik 2012-ci ildə, şəkilləri internetdə yayıldıqdan sonra çox məhşurlaşıb.

Pişiyin şəkli ilk dəfə Reddit saytında onun sahibi Tabatha Bundesen-in qardaşı tərəfindən dərc edilib və bundan sonra pişiyin şəkilləri maraqlı şərhlərlə internet-mem-ə çevrilib.

2013-cü ildə ata-oğul, NickPaul Sanford-a məxsus Grenade Beverage şirkəti qabların üzərində qaraqabaq pişiyin şəkili olan soyuq qəhvə içkilərinin satılması üzrə 150 min ABŞ dolları dəyərində sövdələşmə imzalayıb.

Lakin 2015-ci ildə Grumpy Cat Limited şirkəti müqavilənin şərtlərini pozduğuna görə, istehsalçını məhkəməyə verib.

Fotonun müəllifi Getty Images
Image caption Bundesen bacıları məhşur pişik sayəsində böyük sərvətə yiyələniblər

İddiada deyilir ki, qəhvə və Grumppucino köynəklərini satan Grenade Beverage pişiyin görüntüsü və əmtəə nişanı ilə bağlı müəllif hüquqlarına sahib şirkətin hüquqlarını pozub.

Qəhvə şəbəkəsinin sahibləri cavab olaraq bildiriblər ki, pişik və onun sahibləri öz növbələrində sosial şəbəkədə və televiziyada onların brendlərini xatırlatmayaraq müqavilənin şərtlərini yerinə yetirməyiblər.

Pişiyin nümayəndələrinə qarşı da ittiham irəli sürülüb.

İttihama görə, müqavilə imzalanan zaman pişiyin Hollywood aktyorları Will Ferrell Jack Black-in çəkildiyi filmdə iştirak edəcəyi barədə vəd verilib. Lakin bu yerinə yetirilməyib.

Lakin bütün bunlara baxmayaraq, məhkəmə pişiyi və onun sahiblərini müdafiə edərək, müəllif hüquqlarının və əmtəə nişanlarının pozulmasıyla yetirilmiş ziyana görə, 710 min ABŞ dolları, həmçinin müqavilənin pozulmasına görə, 1 dollar təzminatın ödənilməsi barədə hökm çıxarıb.

Courthouse News-un məlumatına görə, məşhur pişiyin özü qısa müddətə məhkəmə iclasında iştirak etsə də, qərarın çıxarılması zamanı orda olmayıb.

Fotonun müəllifi Getty Images
Image caption San-Francisco-dakı Madame Tussauds muzeyində məşhur pişiyin mumdan heykəli, yanında isə əsl şəkli var

Deyilənlərə görə, pişiyin qeyri-adi üz cizgilərinə səbəb pişik cırtdanlığı və aşağı çənə sümüyünün irəli gəlməsidir.

Anadangəlmə genetik xüsusiyyətlər sayəsində 6 yaşlı pişik fərdi şirkətin sahibi olub. Bu şirkət pişiyin unikal görünüşünü təqvimdən tutmuş yumşaq oyuncaqlaradək müxtəlif məhsulların istehsalında istifadə etmək hüququna malikdir.

Həyatının böyük hissəsini məşhurlar kimi yaşayan pişik teleşoularda çəkilir və çoxlu səyahət edir. 2014-cü ildə isə o, Hollywood-un Yenil İl filmində baş rolda çəkilib.

Bu barədə daha geniş