Trump-a Van Gogh rəsmi əvəzinə tualet təklifi

Van Gogh: Landscape With Snow Fotonun müəllifi Guggenheim
Image caption Van Gogh "Qarlı peyzaj" əsərini 1888-ci ildə yaradıb

New York şəhərində yerləşən Guggenheim muzeyi Ağ Ev üçün Van Gogh əsərini istəyən Donald Trump-ın müraciətini rədd edərək əvəzində qızıl tualet təklif edib, media xəbər verir.

Məlumata əsasən muzeyin kuratoru Nancy Spector Ağ Evin müraciətinə sentyabr ayında cavab verib.

Ağ Evə məktubda bildirilir ki, Van Gogh-un 1888-ci ildə yaratdığı peyzaj onun sahiblərinin icazəsilə başqa bir muzeydə sərgilənməlidir.



Qızıl tualet italiyalı rəssam Maurizio Cattelan-ın işidir. Bu əsər Amerikada aşırı zəngillik nümayişinin satirası sayılır.

Guggenheimdə sərgilənən tualet tamamilə işlək vəziyyətdədir,

Fotonun müəllifi AFP/Getty Images
Image caption Qızıl tualet italiyalı rəssam Maurizio Cattelan-ın işidir. Guggenheimdə sərgilənən tualet tamamilə işlək vəziyyətdədir,

Ağ Ev üçün incəsənət əsərlərin icarəyə alınması ənənəvi haldır.

Washington Post qəzetinə əsasən muzey "Qarlı peyzaj" (Landscape With Snow) rəsmini vermədiyinə görə üzr istəyib.

Ağ Ev xəbəri şərh etmir.

Bu barədə daha geniş