Gündə bir siqaret "ürək xəstəliyi və insult riskini artırır"

Man smoking Fotonun müəllifi Getty Images

Siqarət çəkənlər ürək xəstəliyi və ya insult riskini mənalı dərəcədə azaltmaq üçün çəkdikləri siqaretlərin miqdarını azaltmaq əvəzinə siqarətdən tamamilə imtina etməlidirlər, Britaniya Tibbi Jurnalının (British Medical Journal) araşdırması göstərir.

Araşdırmanı aparan təhqiqatçılar deyirlər ki, gündə bir dənə siqaret çəkənlərdə siqarət çəkməyənlərlə müqayisədə ürək xəstəliyi riski 50 faiz, insult riski isə 30 faiz daha yüksəkdir.

Onlar bu nəticələrin siqaret çəkməyin təhlükəsiz çəkmək həddi olmadığı göstərdiyini vurğulayıblar.

Lakin bir ekspert deyir ki, çəkdikləri siqaretlərin miqdarını azaltmağa nail olanların siqareti buraxmağa daha böyük ehtimalı var.


Həmçinin oxuyun:


"Tamamilə buraxmalıdırlar"

Siqaret çəkməyin ən riskli ölümcül nəticəsi xərcəng yox, ürək-damar xəstəlikləridir. Bu, siqaret çəkməkdən nəticələnən erkən ölümlərin 48 faizini təşkil edir.

Araşdırmanı həyata keçirən britaniyalı alimlər deyirlər ki, Britaniya əhalisində siqaret çəkənlərin faizi azalsa da, gündə bir və beş ədəd arası siqaret çəkənlərin sayı artmaqdadır.

Alimlər 141 ayrı elmi araşdırmaları nəzərdən keçirərək əldə etdikləri nəticələri BMJ-da dərc ediblər.

Onların araşdırması göstərib ki, gündə 20 ədəd siqaret çəkən 100 orta yaşlıdan ibarət bir qrupun yeddi üzvü ya ürək xəstəliyi və ya insult keçirəcək.

Lakin bu qrupun üzvləri çəkdikləri siqareti günə bir dənəyə endirsələr nəticədə 100 nəfərdən 3-də xəstəlik əmələ gələcək.

Alimlər deyirlər ki, gündə bir ədəd siqaret çəkən kişilərdə ürək-damar xəstəliklərinin yaranması riski siqaret çəkməyən kişilərlə müqayisədə 48 faiz daha yüksəkdir, insult keçirməyin riski isə 25 faiz daha yüksəkdir.

Qadınlar üçün isə eyni halda ürək-damar xəstəliklərinin yaranma riski 57 faiz, insult riskinin isə 31 faiz daha yüksək olduğu qeyd edilir.

Araşdırmaya rəhbərlik edən University Collete London (UCL) Cancer Institute (Xərçəng İnstitutu) professoru Allan Hackshaw BBC-yə deyib: "Bir çox ölkələrdə çoxlu siqaret çəkənlərin siqareti azaltdıqları müşahidə olunur, çünki onlar bunun kifayət olduğunu düşünürlər və xərçəngə gəldikdə, onlar haqlıdırlar."

"Siqaret çəkərkən ürək-damar xəstəliyinə xərçəngdən daha çox tutulmaya gəldikdə, məsələ bu deyil. Onlar siqareti tamamilə buraxıblar."

Fotonun müəllifi Getty Images

Təhqiqatçılar bildirirlər ki, ağ ciyər xərçəngində olduğu kimi digər xəstəliklərin riskinin də çəkilən siqaretlərin miqdarına uyğun olaraq proporsional şəkildə azalması gözlənilsə də, nəticələr bunun doğru olmadığını göstərir.

Araşdırma göstərir ki, kişilər arasında gündə bir ədəd siqaret çəkənlər gündə 20 ədəd siqaret çəkənlərin ürək-damar xəstəliyi riskinin 46 faizinə və insultda gəkdikdə isə riskin 41 faizinə malikdirlər.

Qadınlarda isə bu göstərici ürək-damar xəstəliklərində 31 faiz, insult üçün isə 34 faizdir.

Professor Hackshaw deyir ki, sadəcə bir neçə il siqaret çəkmək ömür boyu ürək-damar xəstəliklərinin yaranması riskini kəskin şəkildə artıra bilər.

Lakin o həmçinin vurğulayıb ki, siqareti tamamilə buraxanlar tezliklə sağlamlıqlarını bərpa edib ürək xəstəlikləri riskini azalda bilərlər.

Çəkilən siqaretin miqdarını azaltmaq "mənasız deyil"

Oxford universitetindən tibbi professor Paul Aveyard araşdırmanın "yaxşı aparıldığını" deyib və az siqaret çəkməyin ürək-damar xəstəlikləri və insult riskini "mənalı şəkildə artırdığını" göstərdiyini qeyd edib.

Lakin o,həmçinin vurğulayıb ki, çəkilən siqaretin sayını azaltmağın mənasız olduğu qənaətinə gəlmək səhvdir.

"Nikotinin köməyilə - ya nikotin yapışqan və ya elektron siqaret vasitəsilə - çəkdikləri siqaretin miqdarını azaltmağa cəhd edənlər üçün uzunmüddətli baxımdan siqareti tamamilə buraxmaq ehtimalı artır və bununla siqaret çəkməyin yaratdığı riskləri azaltmağa imkanlar yaranır", o deyib.

Səhiyyə xeyriyyə təşkilatı ASH-nin baş idarəçi direktoru Deborah Arnott isə deyib: "Nikotinə asılılıq insanları siqaret çəkməyə davam etdirir, lakin əsas ziyanı vuran siqaret tüstüsündəki qətrandır".

"Elektron siqaretlər daha az ziyanlıdır, ancaq siqareti tamamilə buraxdığınız halda".

Lakin siqaret çəkənlər qrupu Forest-in direktoru Simon Clark deyib ki, insanları siqaret çəkməkdən çəkindirmək "əks-nəticə verə bilər".

Bu barədə daha geniş