Cənubi Afrikada şirlər onları ovlamaq istəyən şəxsi yeyib

A lion stretches out by the Luvuvhu river in Kruger National Park, South Africa Fotonun müəllifi Cameron Spencer/Getty Images
Image caption Şir sümüyünə Afrikada və onun xaricində təbiblik edənlərin tələbatı getdikcə artır.

Cənubi Afrikanın Kruger Milli parkı yaxınlığında böyük pişikləri ovlamaqda şübhəli bilinən brakonyeri şirlər yeyib, polis deyib.

Həmin adamın cəsədinin qalıqları ötən həftəsonu Hoedspruit məntəqəsi yaxınlığındakı parkda tapılıb.

"Görünür, həmin şəxs brakonyerlik edərkən şirlər ona hücum edərək öldürüb, - Limpopo polisinin sözçüsü Moatshe Ngoepe AFP agentliyinə bildirib. - Şirlər onu, demək olar ki, tamamilə yeyib, bədənindən yalnız başı və bir neçə qalığı qalıb".

Polis ölənin kimliyini hələlik müəyyən etməyib.

Həmçinin oxuyun:

Yerli medianın verdiyi xəbərə görə, şirlər tərəfindən yeyilənin qalıqlarının yanında onun tüfəngi və sursatı aşkar olunub.

Limpopo bölgəsində brakonyerlərin şir ovu son illər ərzində güclənib.

Böyük pişiklərin bədən hissələri yerli və xarici təbiblər tərəfindən istifadə olunur.

Born Free Foundation adlı canlı təbiəti mühafizə fondu bildirib ki, şir sümüyünə Cənub-Şərqi Asiyada xalq təbabətilə məşğul olanların tələbatı gündən-günə artır.

Bu barədə daha geniş