"Cehiz üçün kişi qılığına girən" qadın saxlanılıb

Krişna Senin toy mərasimi
Image caption Krişna Sen (solda) ilk dəfə evləndiyi xanımı ilə (ortada)

Hindistanda polis, cehiz almaq üçün kişi qılığına girərək iki qadınla evlənməkdə təqsirləndirilən qadını saxlayıb.

Hadisə Hindistanın şimalındakı Uttarakhand ştatında çərşənbə günü baş verib. Hindistanda cehiz ənənəsi qanunsuz elan edilib.

Sorğu-sual vaxtı qadının kişi olduğu ortaya çıxıb, BBC-ə danışan polis əməkdaşları bildirib.


Həmçinin oxuyun:

Məlum olub ki, 26 yaşlı Krişna Sen, 2014-cü ildə ilk dəfə evləndikdən bəri kişi qılığında olub.

"Əvvəlcədən Krişnanın dediklərini başa düşmürdük, lakin tibbi müayinədən sonra onun qadın olduğunu öyrəndik", - polis rəisi Canameyay Xanduri deyib.

Toyundan qısa bir müddət keçmiş Sen ilk xanımı ilə ayrıldıqdan sonra, 2017-ci ilin aprel ayında, başqa bir qadınla ailə qurub.

Senin arvadının valideynləri cehiz naminə nikaha girən kürəkənləri barədə polisə şikayət ediblər.

Onlar həmçinin "iş qurmaq üçün" Senə verdikləri 13 min dollardan artıq borcun qaytarılmadığını deyirlər.

Cənubi Asiyada cehiz ənənəsi geniş vüsət alıb.

Gəlin bəyin ailəsinə pul, geyim və zərgərlik əşyaları verir. Bu ənənə 1961-ci ildə Hindistanda qadağan edilmiş olsa da, hələ də davam edir.

Sen polisə müsahibəsində həmişə kişi olmaq istədiyini deyərək müvafiq həyat tərzinə uyğun yaşamaq istədiyini də bildirib.

Onunla nikahda olan qadınlar "ərlərindən" şübhə etmədiyini deyirlər. Senin özü isə "xanımları"nın yanında soyunmadığını və onlarla intim yaxınlığı olmadığını bildirir.

Polis əlavə edir ki, evli olduğu müddət ərzində Sen əsasən kişi dostları ilə təmasda olub, kişi ayaqyolundan istıfadə edib və "kişi səsi" ilə danışıb.

Krişna şəkk-şübhələrə yer qoymamaq üçün bir çox yerli kişilərin vərdişlərini mənimsəyib. O, siqaret çəkib, spirtli içki içib və motosikletlə dolaşıb.

Həmçinin izləyin:

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Sevinirlər 14 yaşlı gəlinə xeyir-dua verirlər

Bu barədə daha geniş