Türkiyə tankları Suriyanın şimalına girdi

Cərablus Fotonun müəllifi AFP
Image caption Cərablusa hava hücumundan sonra havaya güclü tüstü qalxır.

Türkiyə tankları və digər hərbi maşınlar Suriya sərhədini keçərək ölkənin şimalına daxil olub. Bu, özünü İslam Dövləti adlandıran qrupun nəzarətində olan ərazinin güclü artilleriya atəşinə tutulmasından sonra baş verir.

Hərbi mənbələr Türkiyə mediasına bildirib ki, Cərablus ərazisində 70 hədəf artilleriya və raket hücümünda, 12-i isə havadan hücum nəticəsində məhv edilib.

Türkiyənin dəstəklədiyi Suriyalı üsyançılar Cərablus şəhərinin özünə daxil olduğunu deyir.

Əməliyyat İD və Kürd döyüşçülərini hədəfə alıb.

Türkiyə Suriya kürdlərinin qüvvələrinə bu həftə ərzində hücumlar edib və İD-nin çıxdığı ərazilərdə onların möhkəmlənməsinə imkan verməməkdə qərarlıdır.

ABŞ vitse-prezidenti Joe Biden Suriyada kürd qüvvələrini xəbərdar edib ki, Fərat çayının qərbinə irəlilələsələr, ABŞ-ın dəstəyini itirəcəklər.

"Biz bunu açıq şəkildə demişik... ki, onlar çaydan geri qayıtmalıdırlar", o deyib. "Onlar bunu etməsələr qətiyyən Amerikanın dəstəyini ala bilməyəcəklər və almayacaqlar", o bildirib.

Cənab Biden Ankaraya iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra səfər edən ilk yüksək rütbəli Qərb rəsmisidir. O, həmçinin Amerikanın Türkiyə ilə həmrəyliyinə olan şübhələri aradan qaldırmağa çalışıb.

Fotonun müəllifi AFP
Image caption Türkiyə ordusuna məxsus azı 10 tank əməliyyata cəlb olunub.

Əlaqəli mövzular