Türkiyə Suriyadakı kürdlərə Fəratdan çıxmaqla bağlı xəbərdarlıq edib

Oğlan sərhəd Qarqamış şəhərindən keçən türk tanklarının izləyir (25 August 2016) Fotonun müəllifi AP
Image caption Türkiyə qüvvələri çərşənbə günü üsyançı qüvvələrin sərhəd Cərablus şəhərini ələ keçirməsinə kömək edib

Türkiyə, Suriyadakı kürd qüvvələrinin bir həftə içində Fərat Çayının şərqindən çıxmayacağı təqdirdə, növbəti müdaxilə ilə hədələyib.

Çərşənbə günü türk qüvvələri Suriya üsyançılarının sərhəd Cərablus şəhərini özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın əlindən almasına kömək edib.

Türkiyə müdafiə naziri Fikri İsık cümə axşamı bildirib ki, həyata keçirilən əməliyyatın iki məqsədi var - sərhədyanı bölgənin təhlükəsizliyini təmin etmək və kürdlərin "orada olmadığına" əmin olmaq.

Ankara ehtiyat edir ki, kürdlərin Suriyada irəliləməsi Türkiyədə də qiyama səbəb ola bilər.

Cənab İsıkın çıxışı ərəfəsində 10 türk tankı və eyni sayda zirehli maşının da Cərablus yaxınlığında sərhədi keçdiyi bildirilir.

Üsyançı komandirlərin bildirdiyinə görə, onlar Cərablusun cənubunda 10 km və Türkiyə sərhədi boyunca qərbə doğru 10 km irəliləyiblər.

Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidəsi təşkilatının bildirdiyinə görə, ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) və Kürd Xalq Mühafizə Birliklərinin (YPG) üstünlük təşkil etdiyi silahlılar bu yaxınlarda İD-dən aldıqları Mənbic yaxınlığındakı mövqelərindən şimala doğru hərəkət ediblər.

Çərşənbə günü Ankara səfəri zamanı ABŞ vitse-prezidenti Joe Biden bildirib ki, Suriyada kürd qüvvələri Fərat çayının qərbinə irəlilələsələr, ABŞ-ın dəstəyini itirəcəklər.

Əlaqəli mövzular

Bu barədə daha geniş