Türkiyə: polis binasında partlayışda 11 polis ölüb

Partlayışdan sonrakı görüntülər Fotonun müəllifi Reuters

Türkiyənin cənub-şərqində yerləşən Cizre şəhərində polis binası yaxınlığındakı avtomobildə partlayış nəticəsində 11 polis əməkdaşı ölüb, 78 insan yaralanıb.

Yerli vaxtla səhər 7:00-da baş verən partlayış yerindən görüntülərdə çox mərtəbəli binanın dağıntıları nümayiş olunur.

Partlayışı kimin törətdiyi məlum deyil, lakin Türkiyə mediası Kürdüstan Fəhlə Partiyasını (PKK) ittiham edir.

PKK ilə mübarizə aparan Türkiyə rəsmiləri son aylar ərzində Cizredə bir neçə dəfə komendant saatı elan edib.

BMT və insan haqları təşkilatları Cizredə zirzəmilərdə gizlənən 100-dən çox insanın yandırılaraq ölüdürülməsinə dair iddiaları araşdırmağı tələb edib.

Türkiyə hökuməti dinc əhalini hədəf almasına dair iddiaları rədd edir.

Türkiyə ilə PKK arasında atəşkəs 2015-ci ilin iyul ayında pozulub.

Həmin vaxtdan bəri ölkənin cənubunda həyata keçirilən hərbi əməliyyatlar və PKK tərəfindən cavab hücumları yüzlərlə insanın ölümünə səbəb olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş