Moskvada yanğın: 17 adam həlak olub

Yanğınsöndürənlər Fotonun müəllifi Getty Images
Image caption Anbarların yerləşdiyi ərazidə yanğınla bağlı ilk məlumat Moskva vaxtı ilə səhər saat 8:00 daxil olub.

Rusiya paytaxtının şimal-şərqində yerləşən anbar ərazisində baş vermiş yanğın nəticəsində 17 adam həlak olub. 16 adam hadisə yerində ölü tapılıb, daha bir nəfər isə xəstəxanada ölüb, rəsmilər bildirir.

Hadisə Altufyevo yolundakı anbar ərazisində baş verib. Föfqəladə Hallar Nazirliyinə (FHN) əsasən ölənlər Qırğızıstan əsilli miqrantlardır.

İlkin məlumata görə qısa qapanma nəticəsində birinci mərtəbədə başlayan yanğın lift quyusu ilə işçilərin qaldığı üst mərtəbədəki otağa yayılmışdı.

"Yanğın söndürülən zaman alov əhatəsində olan otağ aşkar edilmişdi. Yanğınsöndürənlər onun divalarlarını qırarkən içəridə 16 cəsəd tapıblar", FHN nümayəndəsi TASS agentliyinə bildirib.

FHN-nin məlumatına görə 12 adamı xilas etmək mümkün olub.

Hazırda ağır yanıqlar alanlara tibbi yardım göstərilir. Məlumata əsasən xəstəxanaya çatdırılanlar arasında vəziyyəti ağır olanlar var.

Anbarların yerləşdiyi ərazidə yanğınla bağlı ilk məlumat Moskva vaxtı ilə səhər saat 8:00 daxil olub.

Rusiyanın İstintaq Kömitəsində faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Bu barədə daha geniş