Türkiyədə qadın polislərə baş örtüyü qadağası qaldırılıb

Qadın polislər Fotonun müəllifi Getty Images
Image caption Qadın polislər hicabı papağın altından taxa bilərlər.

Тürkiyədə qadın polislərə rəsmi papaq altından baş örtüyündən istifadə etməyə icazə verilib.

Əsas şərt örtüyün papaqla eyni rəngdə olmasıdır. Naxış və digər bəzəklərə yol verilmir.

Bu qərar avqustun 27-dən qüvvəyə minir.

Hakimiyyət tərəfdarları hesab edirlər ki, hicaba icazənin verilməsi demokratiyanın genişlənməsinin təzahürüdür. Prezident Erdoğanın tənqidçiləri isə bunu dünyəvilik dəyərlərinə zərbə kimi görürlər.

Rəsmilərə baş örtüyündən istifadəyə icazə 2013-cü ildə verilib.

Fotonun müəllifi Getty Images
Image caption Şotlandiya və Kanada polisi hicablara icazə verir.

Bu həftə Şotlandiya polisindəki müsəlman qadınlara hicab taxmağa icazə verilib. Bu addım hüquq-mühafizə orqanlarında müsəlman qadınların sayını artırmaq istəyindən irəli gəlir.

Bundan əvvəl hicablara Kanada polisi icazə vermişdi.

Böyük Britaniyada isə London Metropolitan Polisi 10 ildən çoxdur ki, hicablı polislərə icazə verir.

Bu barədə daha geniş