Özbəkistan: Prezident Karimov xəstəxanadadır

Özbəkistan prezidenti İslam Kərimov Fotonun müəllifi AFP Getty
Image caption Özbəkistan prezidenti İslam Karimov xəstəxanadadır, Reuters yazır ki, xəbəri hökümət təsdiqləyib.

Özbəkistan prezidenti İslam Karimov xəstəxanadadır, Reuters yazır ki, xəbəri hökümət təsdiqləyib.

Rəsmi Milli Xəbər Agentliyi yazır ki, Nazirlər Kabineti Özbəkistan prezidenti Karimovun xəstəxanada yataraq müalicə aldığını yazır.

Lakin təsdiqlənməmiş məlumatlara görə, o ağır xəstədir.

Mütəxəssislərin fikrincə, tam tibbi yoxlama və müvafiq müalicə müəyyən vaxt ala bilər.

Lakin onlar prezidentin hansı xəstəliyə görə həkimlərə üz tutduğunu açıqlanmır.

Onun sağlamlıq problemlərinin olduğu əvvəldən də məlum idi, lakin hökümət heç vaxt belə bir açıqlama verməyib.

Fergananews saytı yazır ki, o insultdan əziyyət çəkirmiş.

Cənab Karimov son dəfə avqustun 17-də dövlət televiziyasında Cənubi Koreyanın daxili işlər naziri ilə iclasda görünüb.

78 yaşlı cənab Karimov 1989-cu ildən bəri Özbəkistanda rəhbər vəzifədədir. Həmin vaxt o, Üzbəkistan Mərkəzi Komitəsinin baş katibi idi.

1990-cı ilin martın 24-də Özbəkistan SSR Ali Sovetinin sessiyasında o prezident seçilib.

1991-ci ildə ümumxalq seçkilərində qalib gəlmiş cənab Karimov indiyə kimi fasiləsiz olaraq prezidentdir.

2002-ci il 27 fevralda keçirilmiş ümummilli referendumun nəticəsində Özbəkistanda prezidentlik müddəti 5 ildən 7 ilədək artırılıb.

Bu hadisə ilə əlaqədar Müstəqillik Günü bayramı sentyabrın 1-ə keçirilib.