Türkiyədə yenə də jurnalistlər saxlanılıb

İstanbul məhkəməsi Fotonun müəllifi AP

İstanbul Prokurorluğu FETÖ "terror təşkilatı"nın tərəfdarlarının üzə çıxarılmasına dair istintaqla bağlı aralarında jurnalistlərin də olduğu 35 nəfər haqqında saxlanma qərarı verib.

AA və DHA agentlikləri qərarın, "FETÖ"-nün mediada təbliğatının istintaqı" ilə bağlı olduğunu bildirib.

Agentliklər "İstanbul, Ankara və İzmitdə" keçirilmiş əməliyyat zamanı Nurullah Öztürk, Rasih Yılmaz, Murat Aksoy, Abdullah Alparslan Akkuş, Dinçer Gökçe, İskender Yunus Tiryaki, Levent Arap, Ömer Şahin və Ayhan Şimşekin saxlandığını bildirib.

Barəsində saxlanma qərarı verilənlərdən 18-nin ölkədən xaricə çıxdığı, 8 adamın isə axtarışının davam etdiyi bildirilir.

T24 saytında juranlist Yavuz Baydarın evində axtarış aparıldığı bildirilir. Xəbərdə jurnalistin evində heç kim olmadığı üçün çilingər çağırıldığı və qapının kilidinin sındırıldığı bildirilir.