Kreml: İslam Kərimovun ölümü barədə xəbərlər təsdiqlənmir

İslam Kərimov Fotonun müəllifi Reuters
Image caption İslam Kərimov Özbəkistana 1990-cı ilin martından rəhbərlik edir.

Özbəkistan prezidenti İslam Kərimovun vəfatı barədə məlumatlar təsdiqini tapmayıb, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bizdə yeni məlumat yoxdur və deyə bilərik ki, gecə yayılan xəbərlər öz təsdiqini tapmayıb və biz də buna əsaslanırıq", - cənab Peskov deyib.

Onun sözlərinə görə, Kreml İslam Kərimovun xəstəliyindən xəbərdardır, lakin təfərrüatlı məlumata malik deyil.

"Yəqin ki, Özbəkistan dövləti rəhbərinin səhhəti barədə hansısa təfərrüat açıqlamaq Kreml tərəfindən düzgün olmazdı", - Peskov əlavə edib.

Çərşənbə axşamı günü səhər mediada və sosial şəbəkələrdə Kərimovun ölməsi barədə yenidən məlumatlar yayılıb. "Exo Moskvı" radiosunun baş redaktoru Aleksey Venediktov Twitter-də yazıb ki, Kərimovun ölümü barədə məlumat bu gün ərzində açıqlancaq.

Rusiya agentlikləri isə Özbəkistan prezident aparatındakı mənbəyə istinadla Kərimovun ölməsi barə məlumatı təkzib ediblər.

Kərimovun beyin qansızması ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat isə onun qızı Lola Kərimova-Tillayeva öz Facebook səhifəsində yazandan sonra məlum olub.

Bu barədə daha geniş