Kərimovun kiçik qızı: Xalqın dəstəyi atama kömək edir

Lola Kərimova-Tillayeva Fotonun müəllifi Getty Images
Image caption Atasının beyin qansızması ilə xəstəxanada yerləşdirlməsi barədə xəbəri qızı Lola Kərimova-Tillayeva vermişdi

Özbəkistan prezidenti İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillayeva özünün İnstagram səhifəsində müstəqillik günü münasibətilə ölkə əhalisini təbrik edib və atasına olan dəstəyə görə minnətdarlığını bildirib.

Onun sözlərinə görə, bu dəstək prezidentə "şəfa verir".

"Eyni zamanda fürsətdən istifadə edərək prezidentimizin tez sağalması üçün göstərdiyiniz dəstəyə və xoş, səmimi və müsbət sözlərinizə görə sizə ürəkdən minnətdarlığımı bildirirəm! Bu bizim üçün çox əhəmiyyətlidir və əminəm ki, qəlblərdəki bu böyük xeyirxahlığın gücü onun sağalmasına kömək edir! Sizə dərindən minnətdaram!", - o yazıb.

Özbəkistanda avqustun 31-i üçün müstəqilliyin 25 illiyi münasibətilə planlaşdırılmış rəsmi mərasim təxirə salınıb.

Əvvəlki illərdə adətən bu günlər İslam Kərimov ictimaiyyət qarşısına çıxardı.

Bayram tədbirlərinin məhz prezidentin səhhətinə görə təxirə salındığı məlum deyil.

Kərimovun beyin qansızması ilə xəstəxanaya yerləşdirilməsi Lola Kərimova-Tillayevanın bu barədə bazar ertəsi Facebook səhifəsində yazmasından sonra məlum olub.

Həmin gün Mərkəzi Asiyada fəaliyyət göstərən rusdilli "Fərqanə" xəbər saytı bildirib ki, cənab Kərimov 29 avqustda xəstəxanada vəfat edib.

Özbəkistan prezident aparatına istinadən yayılmış xəbərdə isə Özbəkistan liderinin ölümü ilə bağlı məlumatın həqiqətə uyğun olmadığı bildirilib.

Həmçinin oxuyun: İslam Kərimovun həyatı və fəaliyyəti barədə 5 fakt

Bu barədə daha geniş