Reza Zərrab hakimin dəyişdirilməsini istəyir

Reza Zarrab Fotonun müəllifi AFP

ABŞ-da həbsdə olan İran əsilli işadamı Reza Zərrab gələn həftə baş tutmalı olan məhkəmənin hakiminin dəyişdirilməsini tələb edir.

Zərrabın vəkilləri hakim Richard Bermanın 2014-cü ildə Türkiyəyə səfəri zamanı müttəhimlərin əleyhinə səsləndirdiyi fikirlərinə görə belə tələblə çıxış edib.

Richard Berman iki il əvvəl İstanbulu ziyarət edərkən Türkiyədə 17-25 dekabr hadisələri zamanı hakimlərin işdən uzaqlaşdırılması qınayıb və "Oyunun ortasında qaydaları dəyişə bilməzsiniz" deyib.

Fotonun müəllifi AFP
Image caption Hakim Richard Berman 2014-cü ildə Türkiyədə söylədiyi nitqin məhkəmənin tərəfsizliyinə təsir edəcək ünsür olmadığını bildirib

Hakimin uzaqlaşdırılması barədə sənəddə həmçinin deyilir ki, cənab Berman "Türkiyədə hüququn aliliyi hücum altında" deyə sözlər də işlədib.

Sanksiyaların qüvvədə olduğu zaman İranda biznes əlaqələrinin olmasında ittiham edilən Reza Zarrabın vəkilləri qeyd edib ki, cənab Berman bu sözlərlə tərəfsiz olmadığını bəlli edib.

Hakim Richard Berman 2014-cü ildə Türkiyədə söylədiyi nitqin məhkəmənin tərəfsizliyinə təsir edəcək ünsür olmadığını bildirib.

Türkiyədə 17-25 dekabr hadisələri zamanı həbs edilən cənab Zərrab "hökümət məmurlarına rüşvət verməkdə" ittiham olunub, lakin sonradan ona qarşı ittihamlar ləğv edilib və o sərbəst buraxılıb.

İşadamının vəkilləri onu da iddia edib ki, cənab Bermanın iki il öncə qatıldığı görüşün təşkilatçılarından bəziləri hazırda 15 iyun çevriliş cəhdindən sonra həbs ediliblər.

Reza Zərrab bundan əvvəl cənab Bermandan 50 milyon dollara bərabər zəmanətlə şərti azadlığa çıxmağı istəyib. Cənab Berman bu tələbi rədd edib.