British Airways şirkəti İrana birbaşa uçuşları bərpa edir

BA Boeing 777 Fotonun müəllifi PA

British Airways (BA) şirkəti son 4 ildə İrana uçuş edən ilk Britaniya hava şirkəti olacaq.

Cümə günü yerli vaxtla axşam saat 21-dən sonra British Airways şirkətinin təyyarəsi Londonun Heathrow aeroportundan Tehrana yollanmalıdır.

Uçuşlar barədə qərar yanvar ayında İrana qarşı sanksiyaların qaldırılması və 2005-ci ildə İran paytaxtındakı Britaniya səfirliyinin yenidən açılmasının ardınca qəbul olunub.

2012-ci ildə İrana uçuşları dayandıran sonuncu Britaniya şirkəti BMI olmuşdu.

Cədvələ görə Tehran istiqamətində həftədə 6 uçuş həyata keçiriləcək.

Sanksiyalar

İlk BA təyyarəsi Londondan Tehrana 1946-cı ildə uçub. Lakin bu uçuşlar 2012-c ildə dayandırılmışdı.

Britaniyanın Tehrandakı səfiliyi 2011-ci ildə etirazçıların hücumundan sonra fəaliyyətini dayandırmışdı. Səfirliyin işi ötən il bərpa olunub.

Diplomatiya məsələləri üzrə BBC müxbiri James Landale bildirir ki, uçuşların bərpası Britaniya ilə İran arasında əlaqələrin yaxşılaşmasına xidmət edə bilər.

Aprel ayında 7 illik fasilədən sonra Fransanın Air France hava yolları şirkəti də İrana uçuşlarını bərpa edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş