Türkiyədə britaniyalı turistlərin sayı 34 faiz azalıb

Burak Erikci Fotonun müəllifi Burak Ekici
Image caption Burak vətəni Kapadokyada turistlər üçün bələdçilik edir

Türkiyəyə gedən britaniyalı turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz azalıb.

İyul ayında Britaniyadan Türkiyəyə səyahət edənlərin sayı təxminən 278,000 təşkil edib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin bildirdiyinə görə keçən ilin eyni müddətində bu rəqəm 422,000 olub.

"Türkiyədə əvvəllər belə böhran olmayıb. Bu aralar elə də çox qrupum yoxdur, demək olar ki, ümumiyyətlə yoxdur. Bu günə qədər ən pis sezondur bu," Türkiyənin Kapadokya bölgəsində bələdçi kimi işləyən Burak Erikci deyir.

"Nağıl bacaları" ilə məşhur olan Kapadokya, fantaziya filmlərinin çəkildiyi səhnəni xatırladır.

Fotonun müəllifi Chris McGrath
Image caption Türkiyəyə hər il 2,5 milyondan çox britaniyalı turist gedir

Normalda ilin bu vaxtı kafelərdə və ya hava şarı ilə "nağıl bacalarını" izləyən yüzlərlə turist görmək mümkündür. Lakin Burak, adətən gündə ən azı 10 dəfə təşkil olunan turların indi cəmi bir dəfə keçirildiyini deyir.

"Turistlər pis təbliğat və terror hücumları səbəbindən Türkiyəyə gəlməyə qorxduqlarını bildirirlər," Burak deyir.

Türkiyədəki həyata keçirilən hücumlar və iyul ayında baş vermiş çevrilişə cəhd ölkədə gərginliyi artırıb.

Britaniya Xarici İşlər Nazirliyi ölkənin böyük bir hissəsinə səyahətin təhlükəsiz olduğunu bildirsə də, Türkiyəyə gedən turistlərin sayında eniş olduğu müşahidə edilir.

Britaniyadan Türkiyəyə təyyarə biletlərinin sifarişi 2015-ci ilin avqust, 2016-cı ilin iyul ayları arasında, bundan əvvəlki dövrlə müqayisədə 15 faiz azalıb.

Ümumiyyətlə isə 2016-cı ilin iyul ayında Türkiyədəki britaniyalı turistlərin sayı 2015-ci ilin iyul ayı ilə müqayisədə iki milyon azdır.

Fotonun müəllifi AFP/Getty Images

Türkiyə əhalisinin səkkiz faizi Burak kimi turizmlə məşğuldur.

"Hazırda qazanc yoxdur. Daha əvvəlki xərclərimizi etməməyə çalışırıq. Çətindir, belə vəziyyətə öyrəşməmişik," Burak şikayət edir.

O hesab edir ki, ölkədə turizm yenidən canlanacaq.

Fotonun müəllifi Burak Ekici
Image caption Britaniyalı turistlərin ən çox səyahət etdiyi yerlərdən biri də Kapadokiyadır

Bu istiqamətdə bəzi müsbət dəyişikliklər də var. Rusiya Türkiyəyə çarter reysləri ilə bağlı qadağanı aradan qaldırıb. Bu qadağalara görə Türkiyədəki rusiyalı turistlərin sayı 90 faizdən aşağı düşmüşdü.

Lakin Burak yenə də narahatdır.

Tanıdığı bəzi tur operatorları Kapadokiyanı tərk edərək başqa yerdə fəaliyyət göstərirlər.

Fotonun müəllifi AFP/Getty Images
Image caption Avqust ayında Türkiyənin Gaziantep şəhərində toy mərasiminə hücum olub

"Ümid edirəm sentyabr ayında işlər qaydasın düşər," Burak öz planları barədə danışır:

"Yoxsa başqa bir işlə məşğul olmalıyam, bəlkə də İstanbula getdim. İşim olmasa burda qala bilmərəm".

Həmçinin izləyin: Türkiyədə böhran yaşayan turizm

Bu barədə daha geniş