İslam Kərimov Səmərqənddə dəfn olunub

Səmərqənd: Registan meydanı Fotonun müəllifi AP
Image caption Səmərqəndin Registan meydanında İslam Kərimovla vildalaşmaya gələnlər

78 yaşında vəfat edən Özbəkistan prezidenti İslam Kərimov doğma Səmərqənd şəhərinin Şahizinda məzarlığında dəfn olunub.

Registan meydanında keçirilən matəm mərasiminə dövlət rəsmiləri, xarici və yerli nümayəndələr qatılıb.

Tədbir baş nazir və dəfn mərasiminin təşkili üzrə yaradılan dövlət komissiyasının sədri Şavkat Mirziyoyevin rəhbərliyilə keçirilib.

"Özbəkistan və bizim xalq əvəzolunmaz itki verib. Ölüm sıralarımızdan Özbəkistan dövlətinin banisi, xalqın doğma və böyük oğlunu aparıb", - Şavkat Mirziyoyev deyib.

Matəm mərasimində bir sıra dövlət və hökumət nümayəndələri iştirak edib. Azərbaycan tərəfi parlamentin sədri Oqtay Əsədovun başçılıq etdiyi heyətlə təmsil olunub.

Həmçinin oxu:Naməlum Özbəkistan: bərabərlik, yoxsulluq, səadət

Özbəkistan dövlət başçısının vəfatı ilə bağlı ölkədə 3 günlük matəm elan edilib.

Cənab Kərimov ötən həftədən bəri xəstəxanada olub. Cümə günü hökumət onun vəfat etdiyini bildirib.

Fotonun müəllifi AFP
Image caption Rusiyanın baş naziri Dmitri Medvedev mərhumun xanımı Tatyana və qızı Lolaya baş sağlığını bildirir.
Fotonun müəllifi AP
Image caption Səmərqəndin Registan meydanı
Fotonun müəllifi Reuters
Image caption İslam Kərimovun cənazəsi Daşkənd aeroportuna aparılır.

Özbəkistan liderini kim əvəz edəcək sualı cavabsız qalır. Lakin dəfn mərasiminə baş nazir Şavkat Mirziyoyevin başçılıq etməsi məhz onun varis olacağına işarə sayıla bilər.

Onun müavini Rüstəm Əzimov da əsas fiqur hesab edilir.

Bir vaxtlar prezidetin mümkün varisi hesab edilən İslam Kərimovun qızı Gülnarə mərasimdə gözə dəyməyib.

Ötən həftə beyin qansızması diaqnozu ilə xəstəxanaya yerləşdirilən İslam Kərimovun vəziyyəti barədə rəsmi məlumatlar kasad olub və ləngimələrlə ayılıb. Cümə günü səhər saatlarında ölkənin Nazirlər Kabineti bəyan edib ki, cənab Kərimovun vəziyyəti ağırdır.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Daşkənd: İslam Kərimovun vəfatı ilə bağlı göz yaşları

Tezliklə qeyri-rəsmi mənbələrdən 78 yaşlı prezidentin ölümü barədə məlumatlar daxil olmağa başladı. Reuters agentliyi adı açıqlanmayan 3 diplomatik mənbəyə istinadən onun vəfat etdiyini xəbər verib.

Həmçinin oxu:

Daha sonra, rəsmi məlumat təsdiqlənməmiş Türkiyənin Baş Naziri Binali Yıldırım da cənab Kərimovun öldüyünü bəyan edib.

"Özbəkistan dövlət başçısı İslam Kərimov həyatını itirdi. Allahdan rəhmət diləyirik. Özbək xalqının acılarını paylaşırıq", o deyib.

1989-cu ildə, hələ sovet vaxtlarında Özbəkistan Kommunist Partiyasının katibi olandan bəri İslam Kərimov həmişə bu ölkənin lideri olub.

Fotonun müəllifi AFP
Image caption İslam Kərimov ölkəni 1989-cu ildən bəri dəmir yumruqla idarə edirdi.

1990-cı ildə o, artıq ölkəyə Sovet Özbəkistanının kommunist lideri yox, müstəqil Özbəkistanın prezidenti kimi rəhbərlik etməyə başlamışdı.

1995-ci ildə keçirilmiş referendum onun prezidentlik müddətini 2000-ci ilədək uzatmışdı. 2000-ci ildə isə o, rəqibsiz keçirilən seçkidə qalib gəlmişdi.

2002-ci ildə keçirilmiş daha bir referendum isə prezidentlik müddətini 5 ildən 7 ilə uzatmışdı. Buna baxmayaraq, 2007-ci ildə Kərimovun prezidentlik müddətinin başa çatması bir elə diqqətə səbəb olmamışdı.

O 2007-ci ilin dekabrında və 2015-ci ilin martında keçirilən seçkilərlə daha iki müddət əldə etmişdi. Onun opponentləri bu seçkiləri rüsvayçılıq adlandırırdılar.

Cənab Kərimov müxalifətin istənilən formalarına qəddar reaksiya verir və ölkədə vətəndaş haqlarının olmamasına İslam ekstremizmi təhlükəsi ilə haqq qazandırırdı.

Bu barədə daha geniş