Türkiyədə məhkəmədən 8 millət vəkili haqqında zorla gətirmə əmri

Diyarbakır adliyesi Fotonun müəllifi İnternet

Diyarbakırda məhkəmə, 8 millət vəkilinin məhkəməyə zorla gətirilməsinə dair əmr verib.

Mühakimə olunan, ancaq toxunulmazlıqları olduğu üçün ifadələri alınmayan millət vəkillərinin toxunulmazlığı barədə qərar ləğv olunub.

Səkkiz HDP-li millət vəkilinin mühakiməsi Diyarbakır 2-ci Ağır Cəza Məhkəməsində bazar ertəsi başlayıb.

Onlar məhkəməyə gəlmədikləri üçün, barələrində ora zorla gətirilmə qərarı verilib.

Bundan başqa məhkəmə, HDP lideri Selahattin Demirtaş-ın qardaşı Nurettin Demirtaş və digər 20 şəxs haqqında həbs əmrinin yerinə yetirilməsini təxirə salıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş