"İslam Dövləti" Suriyada türk əsgərlərini öldürüb

Türkiyə ordusu Fotonun müəllifi AFP
Image caption Türkiyə, Suriyada hərbi əməliyyatlara iki həftə əvvəl başlayıb

Suriyanın şimalında özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın həyata keçirdiyi raket hücumu nəticəsində iki türk əsgəri ölüb, beş əsgər yaralanıb, Türkiyə ordusu bildirir.

Bunun, Türkiyənin Suriyada iki həftə əvvəl başlatdığı hərbi əməliyyatlar ərzində ilk belə itki olduğu hesab edilir.

Hücum nəticəsində Azad Suriya Ordusunun iki döyüşçüsünün öldüyü və iki əsgərin də yaralandığı bildirilir.

"İşid tərəfindən tanklarımıza raket atəşi nəticəsində qəhrəman əsgərlərimizdən ikisi şəhid olub, beş nəfər isə yaralanıb," Türkiyə ordusunun bəyanatında deyilir.

Raket hücumu Əl-Vaqf kəndi yaxınlığında baş verib, məlumatda əlavə edilir.

Əməliyyatlar başlayandan bəri Türkiyənin dəstəklədiyi suriyalı üsyançılar bir neçə kəndi İD-dən geri ala biliblər.

Türkiyə qüvvələri Suriyada İD ilə yanaşı kürd döyüşçülərini də hədəf alıblar.

Əlaqəli mövzular

Bu barədə daha geniş