Türkiyə və ABŞ "İD paytaxtını vurmağa hazırdr"

İD silahlıları Raqqada Fotonun müəllifi AP
Image caption Raqqa İD-nin faktiki paytaxtı hesab edilir

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyan edib ki, o və ABŞ özünü İslam Dövləti adlandıran qruplaşmanı Raqqadan çıxarmağa hazırdır.

Cənab Erdoğan və amerikalı həmkarı Barack Obama silahlılara qarşı birgə addımlar barədə razılığa Çində keçirilmiş G20 görüşündə gəliblər.

O deyib ki, Türkiyənin bu cür birgə addımlar atmaqla "heç bir problemi yoxdur".

Keçən ay Türkiyə Suriya daxilində hərbi əməliyyata başlayaraq İD və kürd üsyançılarını hədəfə alıb.

Türkiyənin dəstəklədiyi silahlılar İD-ni sərhəd Cərablus şəhərindən çıxarıblar, lakin Türkiyə həmçinin terrorçu hesab etdiyi kürd qüvvələrinin irəliləyişindən narahatdır.

Hücum davam edir və Suriya prezidenti Bəşər Əsədin müttəfiqi olan Rusiya bildirib ki, Türkiyə qüvvələrinin Suriya ərazisində irəliləməsindən dərin narahatlığını bildirib.

Cənab Erdoğanın şərhi Türkiyə mətbuatında dərc edilib. ABŞ-dan isə heç bir şərh yoxdur.

"Obama, Raqqa ilə bağlı birgə nəsə etmək istəyir," cənab Erdoğan deyib. "Biz bunun bizim üçün problem olmayacağını bildirdik".

"Mən bildirdim ki, əsgərlərimizi bir araya gəlib bunu müzakirə etməlidir, daha sonra gərəkli olan ediləcək," Türkiyə prezidenti əlavə edib.

Cənab Erdoğan bəzi təfərrüatlar barədə danışsa da daha geniş müzakirələrin olacağını bildirib.

İD-nin Raqqa şəhərini ələ keçirməsi, qruplaşma üçün ən vacib hadisələrdən hesab edilir və hazırda şəhər cihadçıların faktiki paytaxtı sayılır.

Şəhərdə hələ də 250 minlə 500 min arası insanın yaşadığı deyilir və sakinlərə qarşı zorakılıq hadisələri ilə bağlı xəbərlər yayılır.


Təhlil: Jonathan Marcus, BBC müdafiə və diplomatiya müxbiri

Suriyanın şimalında genişmiqyaslı hücumu ərzində Türkiyə ölkədə əsas hərbi oyunçulardan birinə çevrilib.

Lakin kürd qüvvələrinə qarşı Ankaranın hərəkəti Erdoğan hökumətinə qarşı uğursuz çevriliş cəhdindən sonra onsuz da zəif olan ABŞ-Türkiyə münasibətlərini gərginləşdirib.

İndi isə hər iki tərəfdən əlaqələrin yaxşılaşdırılması ilə bağlı istək var və Raqqanın İD-dən alınmasına dair birgə döyük plan da bu istəyin tərkib hissəsidir.

Bu, Washington-un Türkiyənin Suriyada strateji maraqlarını tanıması olacaq.

Türkiyənin rolunun hara qədər davam edəcəyi barədə heç bir detal verilməsə də Raqqaya hücum olacağı təqdirdə Türkiyə sərhədinə yaxın bölgə şəhəri tərk edən İD qüvvələrindən mühafizə edilməlidir.

Bu barədə daha geniş