Kreml: Rusiya sanksiyaların "qarşılıqlıq prinsipinə əməl edəcək"

Dmitri Peskov Fotonun müəllifi Ria novosti
Image caption Amerikanın yeni sanksiyaları prezidentlərin son qörüşünün tonuna ziddir, Dmitri Peskov deyib.

Sanksiyalar siyahısında Rusiya şirkətlərinin sayının artması Vladimir Putin və Barack Obama görüşünün tonuna uyğun gəlmir, Kremlin nümayəndəsi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya sanksiyalar məsələsində qarşılıqlıq prinsipini rəhbər tutacaq.

"Sanksiyaların genişlənməsi prezidentlərin görüşündə həssas sahələrdə əməkdaşlıq barədə müzakirə edilən mövzularla ziddiyyət təşkil edir".

Rusiya rəsmisi deyib ki, ölkəsi, keçmişdə olduğu kimi, qarşılıqlıq prinsipinə əsaslanaraq cavab addımlarını nəzərdən keçirəcək.

Bununla yanaşı Peskov hazırkı mərhələdə hər hansı konkret tədbirlər barədə xəbərsiz olduğunu deyib.

Çərşənbə günü ABŞ-ın Rusiyaya qarşı sanksiyalar siyahısı genişləndirilib.

Belə ki, Maliyyə Nazirliyinin siyahısına Gazprom şirkətinin nəzarərində olan qruplar da daxil olmaqla 80 Rusiya şirkətinın adı əlavə olunub.

Sanksiyalar həmçinin Krıma körpü çəkmək layihəsi üzərində işləyən şirkətlərə də aid edilib.

ABŞ siyahısındakı Rusiya şirkətlərinə qarşı məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur.

Vladimir Putinlə Barack Obama Çində Böyük İyirmilər sammiti çərçivəsində görüşüblər.

5 sentyabrda baş tutan görüşdə prezidentlər Suriyada əməkldaşlıq və Ukraynada münaqişənin tənzimləməsini müzakirə ediblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş