Özbəkistan: Şavkat Mirziyoyev prezident səlahiyyətlərini icra edəcək

Şavkat Mirziyoyev Vladimir Putinlə Fotonun müəllifi RIA Novosti
Image caption Şavkat Mirziyoyev İslam Kərimovun vəfatından üç gün keçmiş Rusiya prezidenti Vladimir Putinlə görüşüb

Özbəkistanın Baş naziri prezident səlahiyyətlərini icra edəcək, Özbəkistan parlamentindən BBC-ə bildiriblər.

Şavkat Mirziyoyevin təyinatı parlamentin üst və alt palataları tərəfindən təsdiq olunub.

Özbəkistan Konstitusiyasına əsasən prezident seçkiləri növbəti üç ay ərzində keçirilməlidir.

Həmçinin oxuyun:

İslam Kərimov kimdir?

Mərkəzi Asiyada rejimlər necə dəyişəcək?

Şəkillərdə: İslam Kərimov Heydər və İlham Əliyevlə görüşəndə

Şavkat Mirziyoyev 1957-ci ildə anadan olub. O, Daşkəndin Mirzə-Uluqbəy rayonu, Cizak və Səmərqənd icra hakimiyyətlərinin başçısı olub.

2003-cü ildə Baş nazir vəzifəsinə təyin olunan cənab Mirziyoyevin namizədliyi 2015-ci ildə seçilən yeni parlamentin dəstəyini qazanıb.

Çərşənbə axşamı günü Baş nazir qismində cənab Mirziyoyev Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Özbəkistan üçün Rusiya ilə əlaqələr "strateji ittifaq və partnyorluq olub, var və belə da qalacaq", cənab Mirziyoyev görüş vaxtı Rusiya prezidentini əmin edib.

Prezident İslam Kərimov avqustun 27-də keçirdiyi beyin qanamasından sonra xəstəxanaya yerləşdirilib. Ötən cümə günü hökumət onun vəfat etdiyini bildirib.

78 yaşlı cənab Kərimov Özbəkistanı 27 il ərzində idarə edib. Şənbə günü o, Səmərqənddəki Şahizinda məzarlığında dəfn olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş