Özbəkistanda prezident seçkiləri dekabrda olacaq

İslam Kərimovun məzarı Fotonun müəllifi RIA Novosti
Image caption Cənab Kərimov Səmərqənd şəhərinin Şahizinda məzarlığında dəfn olunub.

Özbəkistanda prezident seçkiləri dekabr ayının 4-də keçiriləcək, Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında bildirilir.

Seçkilərin vaxtı komissiyanın cümə günü keçirdiyi iclasında müəyyən edilib.

"Bazar günü, sentyabrın 4-də, prezident seçkilərinin keçirilməsi barədə qərar qəbul olunub", MSK-nın bəyanatında deyilir.

Bundan bir gün əvvəl qəbul olunmuş qərara əsasən seçkilərədək prezidentin səlahiyyətlərini Özbəkistanın baş naziri Şavkat Mirziyoyev icra edəcək.

Ötən cümə günü Özbəkistan hökuməti beyin qanaması keçirmiş prezidenti İslam Kərimovun vəfat etdiyini bildirib.

Cənab Kərimov Səmərqənd şəhərinin Şahizinda məzarlığında dəfn olunub.

İslam Kərimov Özbəkistanı 27 il ərzində idarə edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş