Türkiyə: 28 mer işdən çıxarılıb

türk polisi Fotonun müəllifi AFP
Image caption Merlərin yerinə hökümət tərəfindən qəyyumlar təyin olunub.

Türkiyənin cənub-şərqindəki kürd şəhərlərində 28 merin işdən uzaqlaşdırılmasından sonra qarşıdurmalar baş verib.

Onlar iyul ayında Türkiyədə qüvvəyə minmiş fövqəladə hal qanunvericiliyinə əsasən işdən çıxarılıb.

Merlərin yerinə hökümət tərəfindən qəyyumlar təyin olunub.

İyulun 15-dən bəri on minlərlə şəxs terror təşkilatları ilə əlaqədə ittiham olunaraq dövlət işlərindən uzaqlaşdırılıb.

Surucda şəhər meydanına yığılmış təxminın 200-ə qədər insan gözyaşardıcı qaz və su maşınları ilə uzaqlaşdırılıb, Doğan agentliyi yazır.

Hakkari vilayətində isə biri mer müavini olmaqla 4 nəfər həbs edilib.

Bəzi Türkiyə mediası yazır ki, bu ərazilərə internet və elektrik verilişi dayandırılıb.

Anadolu agentliyi bildirib ki, işdən çıxarılmış 24 mer Kürd Fəhlə Partiyası (PKK) ilə əlaqədə ittiham olunur. 4 nəfər isə hökümətin çevrilişə cəhdə görə itiham etdiyi ABŞ-da yaşayan ruhani Fethullah Gülen tərəfdarı olmaqda ittiham olunur.

"Seçkilərlə hakimiyyətə gəlmiş merlər və şəhər şuraları vəzifələrini qanunauyğun yetinə yetirməlidirlər, ədliyyə naziri Bekir Bozdag Twitter-də yazıb.

"Əgər onlar xalqa xidmət üçün ayrılmış büdcə pullar ilə terrora maddi dəstək verirsə və bələdiyyə avtomobilllərinin və adavanlıqlarının terror əməliyyatlarında istifadəsinə yol verirsə, onlar demokratik legitimliyini itirir."

Merlərin çoxu Xalqların Demokratik Partiyası (HDP) üzvləridir. HDP əməliyyatı "qəyyumların çevrilişi" adlandıraraq pisləyib.

"Bu qeyri-qanuni və ixtiyarı hərəkət kürd şəhərlərində mövcud problemləri dərinləşdirəcək və kürd məsələsini daha həlledilməz edəcək."

Əlaqəli mövzular

Bu barədə daha geniş