Türkmənistan: Prezident Qurbanqulu Berdıməhhəmmədov seçkilər üçün yaş həddini ləğv etdi

Qurbanqulu Berdıməhhəmmədov Fotonun müəllifi Reuters
Image caption Prezident Qurbanqulu Berdıməhəmmədovun 59 yaşı var

Türkmənistan lideri Qurbanqulu Berdıməhhəmmədov prezident seçilmək üçün 70 yaşlıq həddin ləğv edilməsini nəzərdə tutan yeni konstitusiyanı təsdiq edib.

Bundan başqa prezidentlik müddəti 5-dən 7 ilədək uzadılır.

Konstitusiya əlavələri bundan əvvəl Ağsaqqallar Şurası və parlamentin dəstəyini qazanıb.

Cənab Berdıməhəmmədov hakimiyyət başına 2006-cı ildə, prezident Saparmurad Niyazovun ölümündən sonra gəlib.

Onun prezident postunda ilk addımları siyasi islahlatlara ümidlər yaratdı: cənab Berdıməhəmmədov sabiq prezident Niyazovun qızılı heykələnin yığışdırılmasını əmr etdi.

Onun göstərişiylə mərhum prezidentin dəyişdiyi ayların və həftə günlərinin adları bərpa edildi, opera, sirk və internet kafelərin yenidən açılmasına icazə verildi.

"Müxalifət"in dəstəklədiyi prezident

Yeni prezidentin qərarı ilə ölkə 10 illik təhsil sisteminə qayıtdı, kəndlərdə kitabxana və xəstəxanaların fəaliyyəti bərpa olundu.

Lakin bir qədər keçmiş müşahidəçilər onun üsul-idarəsinin köhnə sistemdən fərqlənmədiyini qeyd etməyə başladı.

2012-ci ildə keçirilən seçkilər nəticəsində səslərin 97 faizini yığan cənab Berdıməhəmmədov ikinci müddətə prezident oldu.

Seçkilərdə iştirak edən daha 7 namizəd cari prezidentin siyasətinə tam dəstək verdiklərini bildirdilər.

Əlaqəli mövzular

Bu barədə daha geniş