Özbəkistan: Şavkat Mirziyoyevin prezidentliyə namizədliyi irəli sürülüb

Şavkat Mirziyoyev Fotonun müəllifi RIA Novosti
Image caption Prezident vəzifəsini icra edən Mirziyoyev ölkənin kursunun dəyişməyəcəyini bildirib.

Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən baş nazir Şavkat Mirziyoyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Mərkəzi Seçki Komissiyasının Facebook səhifəsinə əsasən cənab Mirziyoyevin namizədliyi Liberal-Demokratlar Partiyasının toplantısında təsdiqlənib.

Şavkat Mirziyoyev 1957-ci ildə anadan olub. O, Daşkəndin Mirzə-Uluqbəy rayonu, Cizak və Səmərqənd icra hakimiyyətlərinin başçısı olub.

2003-cü ildə Baş nazir vəzifəsinə təyin olunan cənab Mirziyoyevin namizədliyi 2015-ci ildə seçilən yeni parlamentin dəstəyini qazanıb.

O, prezident İslam Kərimovun vəfat etməsindən sonra müvəqqəti olaraq prezident vəzifəsini icra edir.

Şavkat Mirziyoyev ölkənin kursunun dəyişməyəcəyini bildirib.

Həmçinin oxuyun: Mərkəzi Asiyada rejimlər necə dəyişəcək?

Prezident seçkiləri dekabr ayının 4-də keçiriləcək.

Rəsmi məlumatlara görə 27 avqustda beyin qanaması keçirən Özbəkistan lideri 2 sentyabrda vəfat etmişdi. İslam Kərimov Səmərqəndin Şahizinda məzarlığında dəfn olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş