Rusiyada seçkilər: Rusiyanın Kiyevdəki səfirliyində qarşıdurma

Rusiyanın Kiyevdəki səfirliyi Fotonun müəllifi Reuters
Image caption Polis yaranmış davanın qarşısını almağa çalışıb

Rusiyada parlament seçkiləri keçirilir. Seçkilərlə bağlı Rusiyanın Ukrayna paytaxtındakı səfirliyində toplaşan etirazçılarla polis arasında qarşıdurma olub.

RİA Novosti və TASS xəbər agentliklərinin yaydığı xəbərə görə, "Svoboda" millətçi təşkilatının üzvləri seçicilərin qarşısını almaq üçün səfirliyə girişi bağlamaq istəyib.

Polis yaranmış davanın qarşısını almağa çalışıb.

Ukraynanın 112 televiziya kanalının verdiyi məlumata görə, qarşıdurma nəticəsində bir nəfər yıxılaraq huşunu itirib.

Hazırda səfirliyin qarşısında toplaşan mitinq iştirakçıları Rusiya vətəndaşlarını ancaq öz ərazilərində səs verməyə çağırılar.

Bu seçkilərdə ilk dəfə olaraq Rusiya 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krımda da səsvermə təşkil edib.

Bu, Ukrayna və beynəlxalq ictimaiyyətin narazılığı ilə qarşılanıb.

Putinin üstünlüyü

Rusiyada keçirilən parlament seçkilərində prezident Vladimir Putinin tərəfdarları üstünlük təşkil edir.

Seçkilərə ilk olaraq ölkənin uzaq şərq bölgəsində start verilib.

Rusiyada son parlament seçkiləri 2011-ci ildə kütləvi etirazlar və seçki saxtakarlığına dair sübutlarla həyata keçmişdi.

Həmçinin izləyin: Müxalif Parnas partiyasından deputatlığa namizədin problemləri

Fotonun müəllifi AFP
Image caption Bəzi qadın namizədlərin olmasına baxmayaraq televiziya debatları kişilərin üstünlüyü ilə keçib

Seçicilər növbəti beş il üçün Dövlət Dumasına (aşağı palata) 450 millət vəkili seçəcəklər. Hazırda Dumada cənab Putinə müxalif bir neçə deputat var.

Rusiyanın iqtisadi zəifliyinə və Ukrayna və Suriya mövzularında Qərblə olan gərginliyə baxmayaraq bəzi müşahidəçilərin bildirdiyinə görə bu seçki kampaniyası son dövrlərin ən sönük kampaniyasıdır.

Kütləvi süskünlük seçici fəallığının aşağı olacağını deməyə əsas verir.

İlk "ekzit-pol"un bazar günü axşam açılanacağı gözlənilir.

Prezident Putinin tənqidçiləri seçkilərdə iştirak üçün nadir şans əldə etsələr də, Aleksey Navalnı kimi əhəmiyyətli müxalifət nümayəndələri seçki kampaniyasına buraxılmayıblar.

Əlaqəli mövzular

Bu barədə daha geniş