Rusiyada seçkilər: Putinin dəstəklədiyi partiya irəlidədir

Prezident Vladimir Putin seçkilərdən sonra Vahid Rusiya partiyasının fəalları qələbə münasibətilə təbrik edib Fotonun müəllifi Reuters
Image caption Prezident Vladimir Putin seçkilərdən sonra Vahid Rusiya partiyasının fəalları qələbə münasibətilə təbrik edib

Ölkədə keçirilən parlament seçkilərində səslərin demək olar ki, əksəriyyətini qazanan hakim Vahid Rusiya partiyası nəticələrinə görə rəqiblərindən çox irəlidədir, exit poll və hesablanan nəticələr bunu göstərir.

Hazırda səslərin 93 faizi hesablanıb.

Rəsmilər bildirir ki, hələlik 54.2 faiz səs toplamış partiya 450 nəfərlik parlamentdə 343 yerə sahibdir.

Cənab Putin deyib ki, partiya "çox yaxşı nəticələr əldə edib".

Hərçənd ki, seçkilərdə iştirak fəallığı rekord həddə aşağı - 47% təşkil edib.

Millətçi LDPR və Kommunist partiyası hər biri 13 faizdən çox səs çoxluğu ilə Vahid Rusiya-dan sonrakı yerdə qərarlaşır.

Yalnız Rusiya partiyası isə cəmi 6 faiz səs toplayıb.

Səsvermənin gedişatında bir neçə yerdə pozuntu halları qeydə alındığından Mərkəzi Seçki Komitəsinin rəhbərliyi 3 səsvermə dairəsində nəticələrin ləğv edilə biləcəyini ehtimal edib.

Liberal müxalifət partiyaları parlamentdə nümayəndəlik üçün lazım olan baryeri keçə bilməyib.

"Çox təəssüflənirəm ki, digər heç bir partiya 5 faizlik baryeri aşa bilməyib", MSK rəhbəri Ella Pamfilova bildirib.

Exit pol nəticələri

VTsIOM exit polu baş nazir Medvedyevin rəhbərlik etdiyi Vahid Rusiyanın 44.5 faiz səs topladığını deyib, İctimai Fikir Fondunun rəqəmi isə bundan çox olub, 48,7 faiz.

Bir qədər sonra rəsmilər qismən yüksək səs toplamları haqda nəticələri təsdiq ediblər. Yarıdan çoxu sayılan bülletenlər göstərib ki, Vahid Rusiya səslərin 50 faizdən çoxunu qazanıb.

İki exit poll LDPR və ya Kommunistlərin hansı hesabla ikinci və üçüncü yeri bölüşməsi haqda müxtəlif rəqəm səsləndirib, lakin hər bir halda hər iki partiyanın çox geridə olduğu deyilir.

Ədalətli Rusiya 8 faiz səs çoxluğu ilə dördüncü yerdədir.

Bu dörd partiya ötən Dövlət Dumasında say çoxluğu ilə üstünlük təşkil edirdilər.

Krımda səsvermə

Fotonun müəllifi AP
Image caption 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krımda seçkilərin keçirilməsi Ukraynanı qəzəbləndirib

Proqnozlara görə iki müxalif partiya, Yabloko və Parnas müvafiq olaraq 3,5 və 1,2 faiz səs qazanıblar.

Prezident Vladimir Putin seçkilərdən sonra Vahid Rusiya partiyasının baş ofisinə baş çəkib və fəalları qələbə münasibətilə təbrik edib.

"Biz bilirik ki, insanların həyatı ağırdır, çoxlu problemlər var, çoxu da həll olunmayan problemlərdir", cənab Putin deyib. "Buna baxmayaraq, biz bu nəticələri əldə etdik."

Seçiçilər növbəti 5 il üçün Dövlət Dumasına 450 millət vəkili seçib.

Golos müşahidə qrupu deyib ki, günün sonuna qədər onlar ölkənin hər yerindən ümumilikdə 1300 şikayət qəbul edib, AP yazır.

2014-cü ildə Ukraynadan alınaraq Rusiyanın nəzarəti altına keçən Krım sakinləri də ilk dəfə səsverməyə qatılıb.

Bu barədə daha geniş