Anti-Maydan təşkilatının lideri Yevgeni Jilinin qətlilə bağlı versiyalar

Polis Fotonun müəllifi RIA Novosti
Image caption Hadisə sentyabrın 19-da Gorki-2 rayonundakı restoranda baş verib.

Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə idarəsi, sentyabrın 19-da, güllələnərək qətlə yetirilmiş Ukraynalı "Oplot" təşkilatının lideri Yevgeni Jilinin qətli barədə bəyanat yayıb.

İdarənin internet saytında bəyan edilir ki, istintaq Jilinin "biznes fəaliyyətilə" bağlı versiyaya üstünlük verir. Hərçənd ki, "şəxsi düşmənçilik" versiyası da istisna edilmir.

Təhqiqatla bağlı açıqlamada qətlə yetirilən şəxsin adı qeyd olunmur. Hadisə Gorki-2 rayonunda yerləşən restoranda baş verib.

Naməlum şəxs, eyni masanın arxasında əyləşən iki nəfərə ətəş açıb. Onlardan biri hadisə yerində ölüb, digər şəxs isə ağır xəsarət alıb.

Təhqiqatçıların sözlərinə görə, atəş açan şəxs zərərçəkmişləri masa arxasında təxminən 20 dəqiqəyədək gözləyib.

Rusiyanın istintaq komitəsi bildirir ki, "Kişilər restorana qəlib sifarişlərini verdikdən sonra, qatil onlara yaxınlaşıb bir neçə dəfə atəş açdı".

Panama şlyapalı şəxsin üzündə saxta bığlar, gözündə isə aynavarı eynəklərin olduğu qeyd olunur.

Hadisə ilə bağlı iki maddə üzrə cinayət işi açılıb: "iki və ya ikidən çox şəxsin qətli" və "qanunsuz silah alveri".

40 yaşlı Yevgeni Jilin 2013-cü ilin sonu və 2014-cü ilin əvvəlləri Avromaydana qarşı fəaliyyətinə görə məşhurlaşmışdı.

Ukrayna hakimiyyəti Jilina qarşı bir neçə cinayət araşdırması aparırdı. Bu ilin yanvar ayında, onun həbsi barədə məhkəmə hökmü ardınca Jilin adam oğurlamaqla bağlı ittiham üzrə axtarışa elan edilmişdi.