"Fərat qalxanı" əməliyyatı: Suriyada daha iki türk əsgəri "həlak olub"

Suriyadakı türk tankları Fotonun müəllifi EPA

Türkiyənin Suriyada həyata keçirdiyi "Fərat qalxanı" əməliyyatı gedişatında daha iki əsgər həlak olub, bu barədə mətbuatda məlumatlar yayılıb.

Beləliklə avqustdan bəri davam edən əməliyyatda həlak olan tük hərbçilərinin sayı 10-a çatıb.

Əsgərlər Diyarbakır vilayətinin Karkamış şəhərində baş verən partlayış nəticəsində öldürülüb, hərbi mənbələrə istinadən Doğan Xəbər Agentliyi bildirir.

İxlas Xəbər Agentliyinə əsasən hərbçilər xəstəxanaya çatdırılsa da onları xilas etmək mümkün olmayıb.

Həmçinin bax

Türkiyənin həyata keçirdiyi əməliyyat nəticəsində Cərablus şəhəri, özünü İslam Dövləti adlandıran qruplaşmanın əlindən alınıb.

Hazırda əməliyyatın Cərablus və Rai şəhərləri arasında davam etdirildiyi qeyd olunur.

Bu barədə daha geniş