Ukraynanın Ali Radası Rusiya parlament seçkilərinin nəticələrini tanımayıb

Итоги выборов Fotonun müəllifi RIA Novosti
Image caption Rada seçkilərin nəticələri və onların hüquqi fəsadlarını tanımaqdan imtina edir.

Ukraynanın Ali Radası sentyabrın 18-də Rusiya parlamentinə keçirilən seçkilərin nəticələrini legitim tanımaqdan imtina edib.

Müvafiq qətnamə 450 millət vəkilindən 264-nün dəstəyini qazanıb.

Sənədə əsasən Ali Rada Duma seçkilərinin nəticələrini, onun hüquqi fəsadlarını habelə Rusiya parlamentinin tərkibi, səlahiyyəti, akt və qərarlarını tanımır.

Ukrayna millət vəkilləri xarici ölkələrin qanunverici orqanları, parlament assambleyaları və beynəlxalq təşkilatları Rusiya Dövlət Dumasını tanımamağa səsləyiblər.

Rusiya Dövlət Dumasını tanımamaq təşəbbüsü ilə Ukrayna "Xalq Cəbhəsi"ni təmsil edən 3 millət vəkili çıxış edib.

"Bu, Ali Radanın hibdrid üsullarla hərəkət etməyəcəyini göstərən daha bir siqnaldır", - Ali Radanın qərarını şərh edən xarici işlər üzrə parlament komitəsinin sədri Anna Qopko bildirib.

Onun həmkarı Tatyana Çornovilin sözlərinə görə isə qərarın heç bir "praktiki nəticələri olmayacaq".

Seçkilərdən əvvəl Rusiya prezidetinin mətbuat katibi demişdi ki, Rusiya öz ərazisində keçirilən seçkiləri heç kimlə müzakirə etmək niyyətində deyil.

Ukraynalı deputarlar həmçinin Krım və Sevastopol şəhərində keçirilmiş Rusiya parlament seçkilərinin qeyri-qanuni olduğunu bəyan edirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş