Ermənistan: Hərbi paradda Rusiyadan alınan müasir silahlar nümayiş etdirilib

Parad Fotonun müəllifi president.am

Sentyabrın 21-də müstəqilliyin 25 illiyi münasibətilə Yerevanda keçirilən hərbi paradda Rusiyadan alınan ən müasir silah növləri nümayiş etdirilib.

Hərbi mütəxəssislərin diqqətini bu günədək yalnız Rusiya silahlı qüvvələrinin cəbbəxanasında olduğu deyilən "İskander" tipli raket kompleksi cəlb edib.

Güman edilir ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiqi olan Ermənistana bu sistemi güzəştli qiymətlə verib.

Fotonun müəllifi president.am
Image caption Paradı Ermənistanın siyasi, ictimai və dini liderləri izləyiblər.

KTMT-ə üzvlük silah təchizatında imtiyazları nəzərdə tutur.

Fotonun müəllifi president.am
Fotonun müəllifi president.am
Fotonun müəllifi president.am
Fotonun müəllifi president.am

Məlumata görə Ermənistanın aldığı raket kompleksi atəş dairəsi 500 kilometr olan son "İskander-M" sistemi deyil. Belə görünür ki, Yerevan məsafəsi 280-300 kilometr təşkil edən "İskander-E" kompleksilə təchiz edilib.

Məlumatın təsdiqləndiyi təqdirdə Ermənistan "İskander" sistemini alan ilk ölkə sayıla bilər.

Azərbaycanın müdafiə naziri Ermənistan ərazisindəki strateji və hərbi təyinatlı obyektlərə mümkün hücuma hazır olmaqla bağlı müvafiq tapşırıqlar verib.

Nazir xüsusilə vurğulayıb ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya qurğu və sistemləri bu tapşırıqları dəqiqliklə yerinə yetirməyə imkan verir.

Yerevanda keçirilən hərbi paradda həmçinin SMRÇ yaylım atəş sistemləri, "Buk M2" hava hücumundan müdafiə sistemi, S-300PS raket kompleksləri, "Toçka U" və "Elbrus" raket kompleksləri və başqa müasir silah növləri nümayiş etdirilib.

Hərbi paradın daha bir yeniliyi BTR-80 zirehli maşın əsasında yaradılan "İnfauna" tipli radioelektron mübarizə vasitəsi olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş