Ankara: Referendumda 600 Azərbaycan vətəndaşı iştirak edə bilər

TBMM Fotonun müəllifi ADEM ALTAN/AFP/Getty Images
Image caption Səsvermə günü bəzi vətəndaşlar üçün "xüsusi servis avtobusları təşkil olunacaq", referendum məntəqəsinin sədri məlumat verib.

"Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı hazılanmış seçici siyahısının nəticələrinə əsasən, Türkiyənin paytaxtı Ankara və yaxın ərazilərdə 600-dən artıq Azərbaycan vətəndaşı yaşayır", səfirlikdə yaradılmış referendum məntəqəsinin sədri Rahilə Şükürova BBC Azərbaycancaya deyib.

Rahilə Şükürova bu vəzifədə diplomatik korpusu deyil, Ankarada çalışan Azərbaycan vətəndaşlarının təmsilçilərindəndir. O, Gazi Universitetində rus dili və ədəbiyyatından dərs deyir.

Referendum komissiyasının sədri Rahilə Şükürova deyir ki, secici siyahısında səfirliyin xidmət dairəsinə aid digər şəhərlərdə də Azərbaycan vətəndaşlarının olmasına baxmayaraq, onlar seçkilər zamanı çox da aktiv olmurlar.

"Ən aktiv seçicilər əsasən, Ankarada yerləşən ali məktəb tələbələri, müəllimlər, polis və hərbi akademiyaların kursantları, dövlət qurumlarında və özəl sektorda çalışan vətəndaşlarımız olur", Rahilə Şükürova əlavə edib.

Məntəqə sədrinin sözlərinə əsasən, tələbələrin referendum haqda ətraflı məlumat ala bilmələri üçün "onlar arasında iş aparılıb".

"Səfirliyin yaxınlığına ictimai nəqliyyat işləmədiyindən, səsvermə günü vətəndaşlarımızın Ankaranın mərkəzi Kızılay meydanından səfirliyə gəliş-dönüşlərini təmin edəcək xüsusi servis avtobusları təşkil olunacaq", referendum məntəqəsinin sədri məlumat verib.

Bu barədə daha geniş