İran: son onilliklər ərzində ilk dəfə olaraq kredit kartları buraxılır

İran bankının kodu Fotonun müəllifi Getty Images
Image caption İran bankları sanksiyalardan zərər çəkib

İran bankları son onilliklər ərzində ilk dəfə olaraq kredit kartları buraxmağa başlayıb. Onlar yalnız ölkə daxilində istifadə olunacaq, yerli mətbuat xəbər verir.

İSNA agentliyi kredit kartlarının bazar günündən etibarən hazırlandığını qeyd edir.

Yerli KİV-lər bildirir ki, İran bankları kredit kartlarının operatoru olan heç bir xarici şirkətlə partnyorluq əlaqələrinə girməyib.

Kartlar internetdə və adi mağazalarda ödənişlər üçün istifadə oluna bilər.

Üç növdə hazırlanan kartların hər birisi 3, 10 və 15 min dollar həcmində limitilə fərqlənir, Reuters agentliyi xəbər verir.

Əgər kredit vaxtında qaytarılmazsa kart sahibi borcunu illik 18 faiz hesabı ilə ödəməli olacaq.

Kredit faizləri üzrə limiti İranın Mərkəzi Bankı müəyyən edir.

İndiyədək İran bankları əsasən debit kartlarını buraxıblar.

Güman edilir ki, kredit kartlarının buraxılması İran hakimiyyəti sanksiyalar nəticəsində zəifləyən iqtisadi canlanmaya nail olmaq istəyir.

İranın nüvə proqramı ilə bağlı razılaşmanın əldə olunmasından sonra, yanvar ayında Tehrana qarşı tətbiq edilən sanksiyaların çoxu qaldırılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş