Qafqazda seçkilər niyə heç kimi maraqlandırmır?

Qafqaz Fotonun müəllifi Clive Mason/Getty Images
Image caption Rusiyanın qeyri-Qafqaz regionlarına xas olmayan 80 faizlik iştirak rəqəmi haradan alınıb?

BBC Rus xidməti və "Kavkazski Uzel" saytları üçün bloqlar yazan Kurban Racabov bildirir ki, Dağıstanın Qotsatl kəndindəki 1669 nömrəli seçki dairəsi Rusiya Dövlət Dumasına seçki nəticələrinin ləğv olunduğu dairələrin siyahısına düşüb.

Racabovun bloqunda deyilir ki, Dağıstan seçkiləri barədə ən müxtəlif zarafatlar dolaşır. Məsələn internet istifadəçilərindən biri yazırdı: "Pozuntular uğurlu keçib, pozuntuların gedişində səsvermələr qeydə alınmayıb".

Bloger qeyd edir ki, bu zarafatda gerçəyin payı heç də az deyil.

Karusellər, müşahidəçilərin məntəqələrə buraxılmaması, bülletenlərin topa ilə qutulara doldurulması, müşahidəçilərin məntəqələrdən qovulmasına cəhdlər edilməsi, seçki qutularının ətrafında basabas, müşahidəçilərə mülki geyimli naməlum şəxslərin hədə və təzyiqləri kimi pozuntular Dağıstan seçkilərində adi hala çevrilib.

Bloqda deyilir ki, buralarda seçkilərə inam çoxdan yox olub, çünki burada kimin kimi seçdiyi bəlli olmur.

Müəllif sual edir ki, Rusiyanın qeyri-Qafqaz regionlarına xas olmayan 80 faizlik iştirak rəqəmi haradan alınıb?

O yazır ki, onun yaxın qohum-qardaşından heç kəs səsvermədə iştirak etməyib, çünki bu seçkilərdə iştirakda məna görməyiblər.

Müəllif qeyd edir ki, bu seçkini yaxından izləyənlər üçün iştirak rəqəmlərinin kəskin şişirdildiyi tamamilə aşkardır.

Bloger yazır ki, şəxsən özü seçkilərdə bircə dəfə, məktəbi bitirəndə iştirak edib və o vaxt sadəlövhcəsinə inanırdı ki, bülletenə quş qoymaqla şüurlu həyata başlayır. Digər tərəfdən seçkidə iştirak bir növ etiraz aktı idi.

Rəqəmlərin sehri

Məqalədə deyilir ki, əhalinin ümumi ruh düşkünlüyünü seçki komissiyalarının sehrbazları misilsiz fəallığa çevirməyi bacarıblar.

Məsələn, Endirey kəndindəki məntəqədə protokollardan 2439 nəfərdən cəmi 171-nin seçkidə iştirak etdiyi məlum olur. Bu isə o deməkdir ki, seçkidə iştirak cəmi 7 faiz olub.

Bu adamlardan 94-nün yerli müstəqil namizəd Zalimxan Valiyevə, 15 nəfərin hakim partiyanın nümayəndəsinə səs verdiyi məlumdur. Lakin bu gün seçki komissiyasının saytında dərc olunmuş rəqəmlər iştirakın sehirli şəkildə 86 faizə çatdığını göstərir.

Hakim partiyadan olan namizəd Umaxanova guya 1990 nəfər səs verib. Müstəqil namizəd Valiyevin topladığı səslər isə 9 faizə endirilib. Başqa namizədlərin səsləri isə ümumiyyətlə "buxarlanıb". Belə bir şəraitdə Dövlət Dumasına məhz Umaxanovun seçildiyini bilməyə nə var ki?

Bloger yazır ki, bu miqyasda saxtalaşdırma nə Zinmabve, nə də Şimali Koreyada baş verə biməzdi, çünki adi riyaziyyat bunu imkanslız edərdi.

Məsələn, Dağıstan seçki komissiyasının məlumatına görə Kuli rayonunda Maqramova məhəbbət o qədər güclü olub ki, onun rəqibləri bircə səs də yığa bilməyiblər.

Vahid Rusiya sufilərə qarşı?

Fotonun müəllifi Getty Images
Image caption Ella Panfilova Qotsatl kəndində seçki nəticələrinin ləğvi barədə bəyanat verib

Bloger yazır ki, Xunzax rayonunun Qotsatl kəndindəki seçki məntəqəsinin dağıdılması ilə bağlı qalmaqalda Maqramovun adı çəkilir. Burada hakim partiyanın namizədinə qarşı keçmiş hakim partiyaçı Abusupyan Xarxarov opponentlik edirdi. Onun namizədliyini isə Nəqşbəndi sufi təriqətinin şeyxi Abducalil əfəndi Qaranayski açıq-açkar dəstəkləyirdi.

Öz növbəsində Xarxarov əvvəlki şeyxin - Said əfəndi Çirkeyskinin ən yaxın müridlərindən biridir. O təriqətə maliyyə yardımları göstərir.

Məqalədə deyilir ki, şeyxlər və müridlər arasında yaxşı əlaqələrin mövcudluğu, nəqşbəndilərin Dağıstanda on minlərlə nəfər olduğu və Xarxarovun Dağıstan Müsəlmanları idarəsindəki nüfuzu nəzərə alınarsa, o bu dairədə Vahid Rusiya namizədinə qarşı layiqli mübarizə aparmalıydı. Amma ona nə elektoratın, nə də dini liderlərin dəstəyi kömək etməyib. Eyni sözləri fəal kampaniya aparsa da mühafizəkar Dağıstanda qalib gəlmək şansları çox az olan Yuliya Yuzik haqqında da demək olar. Hərçənd onlara verilən səslərin sayı inanılmayacaq dərəcədə azaldılıb.

Bur versiyaya görə sentyabrın 18-də məntəqyə təşrif gətirən naməlum şəxslərin arasında Xunzax rayonunun (məlumdur ki) Vahid Rusiyalı olan icra başçısı Said Yusupov da olub. O deyib ki, bu rayonda kimin qalib gələcəyi məsələsini o həll edir. Xarxarovun müşahidəçiləri icra hakimiyyətindən olanların seçki qutularına topa bülletenləri doldurmasının şahidi olublar. Onların arasında dava-dalaş baş verib və nəticədə qutulardan biri sınıb və bülletenlər ətrafa səpələnib.

Yusupovun versiyasına görə tərəflərdən biri seçki qutusunu sındıraraq bülletenləri yandırıb, hərçənd rayon administrasiyasında bu qalmaqalda Yusupovun iştirak etdiyini ümumiyyətlə danırlar.

Bloger yazır ki, Xarxarova göstərilən təzyiqlər cəmiyyətin parçalanması riskini yaradır. Müəllifin fikrincə bu insident nəticəsində sünni İslamın sələfilik təriqətinə mənsub gənclərin ardınca Dağıstan Ruhani İdarəsini dəstəkləyən dindarların da seçkilərə biganəlıyi baş verəcək.

Jurnalist yazır ki, nəticədə 1669 nömrəli seçki dairəsində səs verənlərin səsləri heç nəyə çevrilib.

Məqalədə deyilir ki, hakimiyyət bu məntəqədə nəticələrin ləğvini az qala uğur kimi təqdim edir. Yəni baxın görün ki, nöqsanlar üzə çılxarllıb.

Bloger yazır ki, buna baxmayaraq dairədə heç bir təkrar seçki keçirilməyəcək.

"Panfilova əlbəttə təqsirkarlar barəsində ölçü götürüləcəyini vəd edə nilər. Amma bu, insanların nə səslərini, nə də seçkilərə inamını qaytarmayacaq", - yazır Racabov.

Əlaqəli mövzular

Bu barədə daha geniş