Rusiya Hələbi bombalamaqda davam edəcəyini bildirib

Şərqi Hələb keçən həftə ağır hava zərbələrinə məruz qalıb Fotonun müəllifi Getty Images
Image caption Şərqi Hələb keçən həftə ağır hava zərbələrinə məruz qalıb

Rusiya üsyançıların nəzarətində olan şərqi Hələbi bombalamaqda davam edəcəyini bildirib. ABŞ Rusiyadan şəhərin bu hissəsini bombalamamağı tələb edib.

Kreml sözçüsü Dmitri Peskov cümə axşamı günü bildirib ki, Rusiya hava qüvvələri Suriya silahlı qüvvələrinə dəstəyini davam etdirəcək.

O həmçinin ABŞ-dan Suriyadakı müxalif döyüşçülərlə "terrorçuları" ayırmağı istəyib.

Bundan əvvəl ABŞ bildirmişdi ki, Moskva bombardmanı dayandırmayacağı halda onlar hərbi əməkdaşlıq danışıqlarını dayandıracaqlar.

ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby çərşənbə günü bildirib ki, Rusiya Suriyadakı zorakılığın dayandırılmasında maraqlıdır.

Keçən həftə cənab Lavrov bildirib ki, "təəssüf ki" ABŞ-ın başçılığı ilə koalisiya müxalif üsyançı qruplarla silahlı qruplaşmaları ayıra bilməyib.

İki ölkə arasında gərginliyin artmasına baxmayaraq cənab Peskov bildirib ki, Rusiya Suriyadakı böhranı həll etmək üçün ABŞ-la danışıqları davam etdirməkdə maraqlıdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş