Türkiyə: 13000 polis işdən azad olunub

Türkiyə Fotonun müəllifi Getty Images
Image caption İşdən kənarlaşdırılan polislər arasında 2500 nəfəri rəhbər vəzifələrdə xidmət edib.

Türkiyə hakimiyyəti Fethullah Gülenlə əlaqədə şübhəli bilinən 13000 polis əməkdaşını vəzifədən azad edib, Türkiyənin polis orqanları bildirir.

İşdən kənarlaşdırılan polislər arasında 2500 nəfəri rəhbər vəzifələrdə xidmət edib.

Türkiyə hakimiyyəti ABŞ-da mənzillənən Fethullah Güleni iyul ayında baş verən çevriliş cəhdinin təşkilində təqsirləndirir. Onun özü isə bu ittihamları rədd edir.

Son aylar ərzində Fethullah Gülenlə əlaqəli olmaqda ittiham edilən 100 mindən çox adam işdən kənarlaşdırılıb. Onlar arasında müxtəlif dövlət idarələri, ədliyyə və polis sistemində işləyənlər var. İyul ayından bəri 32 min şəxs həbsə alınıb.

Hakimiyyət həmçinin orduda genişmiqyaslı təmizləmələr aparıb, Gülenlə əlaqədə şübhəli bilinən fondlar, məktəblər, həmkarlar ittifaqı və digər qurumların fəaliyyətini dayandırıb.

Bazar ertəsi qiyam cəhdindən sonra tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddəti növbəti 3 aya uzadılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş