Batumi limanından neft daşınmaları azalıb

Batumi Fotonun müəllifi VANO SHLAMOV/ Getty

Gürcüstanın Batumi limanından neft və neft məhsullarının daşınmasında 2016-cı ilin ilk doqquz ayı ərzində 9 faiz eniş olub, Reuters xəbər agentliyi terminal rəsmilərinə istinadən bildirir.

Qazaxıstanın dövlət enerji şirkəti olan KazMunaiGas tərəfindən istismar edilən terminal bu ilin yanvar-sentyabr aylarında 2.519 milyon ton neft və neft məhsullarını nəql edib.

Keçən ilin eyni dövründə bu rəqəm 2.716 milyon ton təşkil edib, adının açıqlanmasını istəməyən rəsmi bildirir.

2015-ci ildə terminal 3.616 milyon ton neft və neft məhsullarını nəql edib. 2014-cü ildə isə bu rəqəm 4.355 milyon ton olub.

Azərbaycan, Qazaxıstan və Türkmənistandan ixrac edilən xam neft və neft məhsulları Gürcüstanın Qara Dəniz sahilindəki Batumi, Supsa, Poti limanları və Kulevidəki terminaldan nəql edilir.

Bəzi məhsullar kiçik tankerlərlə Xəzər Dənizi boyunca daşınaraq Bakıda boşaldılır və daha sonra dəmiryol vasitəsilə Gürcüstan limanlarına, ordansa Aralıq Dənizinə ixrac edilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş