Almaniya Erdoğanın təhqir edilməsi ilə bağlı işi dayandırır

Jan Boehmermann (file pic) Fotonun müəllifi Reuters
Image caption Satirik şair Jan Boehmermann Erdoğan barədə şeirini ZDF kanalında oxuyub.

Almaniya ədliyyəsi prezident Recep Tayyip Erdoğanın təhqir edilməsilə bağlı alman satirik şairinə qarşı cinayət işini ləğv edib.

Maynts şəhərinin prokurorluğu bildirir ki, Jan Boehmermannın əleyhinə istintaq aparmaq üçün kifayət qədər əsas tapılmayıb.

Mart ayında satirik şairin televiziya efirində oxuduğu şeirdə Türkiyə liderinin ünvanına cinsi səciyyəli eyhamlar vurulub.

Bunun ardınca Recep Tayyip Erdoğan təhqir olunması ilə bağlı rəsmi şikayət edib.

Fotonun müəllifi AFP
Image caption Cənab Erdoğan siyasi oppopentlərinin təqibinə görə qınanır.

Jan Boehmermann satira və almaniya yumorunun hüdudlarını genişləndirən televiziya aparıcısıdır.

Onun Erdoğan barədə şeiri ZDF kanalında yayımlanıb.

Boehmermann təhdid almasından sonra ona polis mühafizəsi ayrılıb.

Cənab Erdoğan opponetlərinin təqibinə görə ölkə daxilində və xaricdə tənqid edilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş