Türkiyə ilə İraq arasında Başika böhranı böyüyür

Türkiyə ilə İraq arasında Başika böhranı böyüyür Fotonun müəllifi AFP

Türkiyənin xarici işlər nazirliyi Mosula bağlı Başika düşərgəsində türk əsgərlərini istəməyən və əsgərləri "işğalçı güc" adlandıran İraq Məclisini qınayıb.

İraqın Ankaradakı səfiri Hişam Ali Ekber İbrahim el-Allavi bu səbəblə Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb.

Bundan sonra isə Türkiyənin Bağdaddakı səfiri Faruk Kaymakçı İraq XİN-ə çağrılıb, lakin o Ankarada olduğundan onun əvəzinə məsləhətçisi nazirliyə dəvət edilib.

İraq XİN-i bildirib ki, Türkiyə səfirinin nazirliyə çağrılmasının səbəbi Ankaranın türk əsgərlərinin Qərbi İraqda mövcudluğu ilə bağlı "provokativ" bəyanatlar verməsi olub.

Türkiyə Böyük Millət Məclisi İraq və Suriyaya görə düşərgədə qalmaq zamanını 1 oktyabra qədər uzadıb. İraq Məclisi ötən gün bildirib ki, parlamentin bu qərarını qəbul etmirlər.

"Verdiyimiz qərara - Türkiyənin Bağdad səfirinə nota verilməsi, türk əsgərlərinin "işğalçı güc" hesab edilməsi və İraq torpaqlarından çıxarılması üçün lazımi işlərin görülməsi, Türk güclərinin İraqa girməsini tələb edənlərin mühakimə edilməsi, Türkiyə prezidenti Recep Tayyip Erdoğanın bəyanatlarının qınanması və qəbul edilməməsi, Türkiyə ilə ticarət və iqtisadi münasibətlərin nəzərdən keçirilməsi, Türkiyə güclərinin ölkədən çıxarılması üçün hökümətin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təcili müraciət edilməsi və ölkənin suverenliyinin qorunması üçün siyasi və diplomatik yollar axtarılması tələbi daxildir", İraq XİN-i açıqlayıb.

Türkiyə XİN isə bəyan edib: "İraq Təmsilçilər Məclisinin 4 oktyabr 2016-ci il tarixində verdiyi qərarı qınayırıq. Xüsusən də cənab prezidentimizə yönələn çirkin ittihamların olduğu hissəyə şiddətlə etiraz edirik və qəbul edilməz hesab edirik".

Fotonun müəllifi Reuters

Recep Tayyip Erdoğan 1 oktyabrda, TBMM-in ilk iş günündə, Mosula ediləcək hər bir əməliyyatın Taleferiyə [İraqda türkmənlərin yaşadığı ərazi- hazırda özünü İslam Dövləti adlandırın qrupun işğalı altındadır] təsir edəcəyini xatırlatmaq istədiyini bildirib. Mosulun DAEŞ-dən qurtarılacağına inanırıq. Türkiyə olaraq kənarda qala bilmərik. Digərlərinin belə bir sərhədi yoxdur. Amma onlar orada nəticə görmək istəyir, biz buna tamaşa edə bilmərik. Bunun qərarı burada veriləcək. Türkiyə olaraq öz sərhədlərimiz içində hüzurlu və təhlükəsiz şəkildə yaşamaq istəyiriksə, belə irəliləməliyik".

Türkiyənin İraqın Başika düşərgəsindəki əsgərləri əsasən təlimlər keçməklə məşğuldur.

Əlaqəli mövzular