Turkiyə: iki “canlı bomba özünü partladıb”

Ankara Fotonun müəllifi Reuters
Image caption Özünü partladan şəxslərin avtomobili üzərində türk bayrağı olub

Türkiyə paytaxtı yaxınlığında keçirilən əməliyyat nəticəsində polisin təslim olmaq tələbini rədd edən iki şəxs özünü partladıb, Ankara qubernatoru bildirir.

Ercan Topacanın sözlərinə görə "canlı bombaların PKK ilə əlaqəsi" olub-olmadığı müəyyən edilir.

Partlayışda ölən Mahi Ataşla Harun Arslan adlı şəxslər olub. Qubernator deyib ki, onlar şübhə doğurmamaq üçün avtomobillərinin üzərində türk bayrağını gəzdiriblər.

Fotonun müəllifi Reuters

Hadisə ilə bağlı CNN Türk-ə açıqlama verən ədliyyə naziri Bekir Bozdağ, "böyük fəlakətin" qarşısının alındığını deyib.

"Yəqin Ankaraya hücum ediləcəkdi. Bütün əlamətlər terror təşkilatı PKK-ya işarə edir".

İl boyunca Türkiyənin müxtəlif regionlarında insan tələfatı ilə müşaiyət olunan hücumlar baş verib.

Ən sonuncu iri həmlə avqust ayında olub. Gaziantep şəhərində kürd ailəsinin toy mərasimi vaxtı baş verən intiharçı partlayış 51 adamın həyatına son qoyub.

Bu barədə daha geniş