Gürcüstanda seçkilər: müxalifət nəticədən narazı olduğunu deyir

Baş nazir Giorgi Kvirikaşvili "böyük qələbə" əldə edildiyini iddia edib Fotonun müəllifi AP
Image caption Baş nazir Giorgi Kvirikaşvili "böyük qələbə" əldə edildiyini iddia edib

Gürcüstanın parlament seçkilərində hakim partiya ilkin səsvermə nəticələrinə istinad edərək qalib gəldiyini iddia edir.

Bülletenlərin hələlik 60 faizi hesablanıb və Gürcü Arzusu partiyası səslərin 50 faizini qazanıb, Mərkəzi Seçki Komissiyası bildirib.

Müxalif Birləşmiş Milli Hərəkat (BMH) isə 27 faiz səslə ikincidir.

Nəticələrdən narazı qalan BMH MSK binasının qarşısında aksiya keçirəcəyini bildirib.

Hərəkat, həmçinin iddia edib ki, MSK onların nümayəndələrinin qalib gəldiyi seçki dairələrinin nəticələrini ləğv edib.

Bundan əvvəl, baş nazir Giorgi Kvirikaşvili "böyük qələbə" əldə edildiyini iddia edib, lakin BMH bu qiymətləndirmənin qaynağı barədə suallar verib.

Bəyanat exit-poll nəticələrinə əsasən verilib.

Şənbə günü parlament seçkilərində 20-ə yaxın partiya iştirak edib.

Bu seçkilər sabiq Sovet ölkəsi üçün stabillik sınağı hesab edilir.

Fotonun müəllifi AP
Image caption Gürcü Arzusunun tərəfdarları Tbilisidə nümayiş keçirib

Rəy sorğularına əsasən, bir çox insan seçki ərəfəsi tərəddüd keçirib - Gürcü Arzusuna, yoxsa BMH-ə səs verəcəklərini bilməyiblər.

BBC müxbiri Rayhan Demytrie Tbilisidən bildirir ki, yoxsulluq, işsizlik və borclara başı qarışan xalq seçkilər ərəfəsində "yorğun hərəkət edirdilər".

Exit-poll nəticələri həmçinin onu göstərir ki, Gürcüstan Sovet İttifaqından çıxdıqdan bəri ilk dəfə rusiyapərəst bir partiya Parlamentdə yer qazana bilər.

Vətənpərvərlər Alyansı partiyasına 150 deputatlıq Parlamentdə yer qazanmaq üçün səslərin cəmi 5 faizi lazımdır.

MSK bildirib ki, səsvermədə iştirakçı payı az olub. Seçkilərdə iştirak ixtiyarı olan şəxslərin cəmi 51 faizi səsvermədə iştirak edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş