Türkiyədə partlayış: 18 nəfər həlak olub

partlayışlar Fotonun müəllifi AP

Türkiyənin cənub-şərqində gömrük sərhəd məntəqəsində minalanmış avtomobilin partlaması nəticəsində onu hərbçi olmaqla azı 18 nəfər həlak olub.

PKK-nın silahlı Xalqları Müdafiə Gücləri (HPG) qanadı hadisəyə görə məsuliyyəti üzərinə götürüb.

Baş nazir Binali Yıldırım deyib ki, yük maşınında 5 ton partlayıcı maddə olub.

Hadisə nəticəsində 27 nəfər yaralanıb.

Partlayış İran və İraqla sərhəddə, dağlıq ərazidə baş verib.

Burada PKK - kürd separatçıları aktiv fəaliyyət göstərir.

Türkiyə Ordusunun bəyanatında deyilir ki, partlayış səhər saat (Bakı vaxtilə) 11.45-də baş verib.

Hakkari vilayətinin qubernatoru söyləyib ki, hücum edənlər öncə hərbçilərə odlu silahdan atəş açıb, sonra isə avtomobili məntəqəyə sürərək onu partladıblar.

Bu barədə daha geniş