İran: qadının edamı ilə bağlı narahatlıq

Zeynəb Sekaanvand ərini öldürməkdə ittiham edilir Fotonun müəllifi Private
Image caption Zeynəb Sekaanvand ərini öldürməkdə ittiham edilir

İranda hamilə olduğu üçün edamı təxirə salınmış 22 yaşlı qadın yaxın günlərdə edam oluna bilər, insan haqları fəalları deyir. Onun uşağı həbsxanada ölü doğulub.

Zeynəb Sekaanvand ərini öldürməkdə ittiham edilir. Onun dediyinə görə əri onu döyürdü.

O, həbxsanada ikinci dəfə evləndikdən sonra hamilə qalıb və bundan sonra onun edamı təxirə salınıb.

Həkimlərin bildirdiyinə görə körpə, ananın məhbus yoldaşının edamından keçirdiyi sarsıntıya görə doğuşdan iki gün öncə ölüb.

Amnesty International deyir ki, Zeynəb yoxsul iranlı-kürd ailəsindən gəlir və ilk əri, Hüseyn Sərmadi ilə evlənmək üçün 15 yaşında olarkən evdən qaçıb.

Zeynəb Sekaanvandın sözlərinə görə onunla evlilik yaxşı həyat üçün yeganə şansı olub. Lakin toydan az sonra o bildirib ki, əri onu döyməyə və ona qarşı söyüş söyməyə başlayıb.

Fotonun müəllifi AP
Image caption İranda azı 49 azyaşlı cinayətkarın ölüm hökmünün icrasını gözlədiyi deyilir

Gənc qadın ərindən bir neçə dəfə polisə şikayət edib, onlardan heç biri araşdırılmayıb. Əri onun boşanmaq tələbini rədd edib.

Əri ölərkən Zeynəbin 17 yaşı olub. O, həbs edilib və ərini öldürməkdə ittiham edilib. Onun dediyinə görə növbəti 20 gün ərzində polis məntəqəsində saxlanılıb və polis əməkdaşları tərəfindən müntəzəm olaraq işgəncəyə məruz qalıb.

Qərbi Azərbaycan vilayətində keçirilmiş məhkəmədə məhkum edilməzdən öncə o, etirafını geri götürərək hakimə bildirib ki, əslində qətli onu dəfələrlə zorlamış ərinin qardaşı həyata keçirib.

Fotonun müəllifi Getty Images
Image caption Gənc qadın 13 oktyabrda edam edilə bilər

2015-ci ildə Zeynəb Urmiya Mərkəzi Həbsxanasında məhbəs yoldaşı ilə ailə həyatı qurub və hamilə olub. İranda hamilə qadının edamı qanunsuz olduğundan onun edamı da təxirə salınıb.

Human Rights Watch bildirir ki, Uşaq Haqları Konvensiyasının üzvü kimi İran azyaşlılara qarşı ölüm hökmünü ləğv etməlidir.

Amnesty International təşkilatına görə, İran 2016-cı ildə ən azı bir azyaşlı məhbusu edam edib və əlavə olaraq azı 49 azyaşlı cinayətkar ölüm hökmünün icrasını gözləyir.

Fotonun müəllifi Reuters
Image caption Human Rights Watch bildirir ki, İran azyaşlılara qarşı ölüm hökmünü ləğv etməlidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş