Mosul döyüşü: Türkiyə ilə İraq arasında qovğa planları poza bilər

Recep Tayyip Erdoğan Fotonun müəllifi AFP
Image caption Recep Tayyip Erdoğan İraq baş nazirinə deyib: "Sən mənimlə eyni səviyyədə deyilsən"

Adətən Recep Tayyip Erdoğanın qəzəbinə Qərb dövlətləri tuş gəlir. Cənab Erdoğan Qərbi terrorizmə dəstək verməkdə, Türkiyənin daxili işlərinə qarışmaqda və ya müsəlman dünyasında qızıl və ucuz işçi axtarmaqda ittiham edir.

Lakin bu həftə hədəf dəyişib.

"İraqın baş naziri - yerini bil!" Prezident Erdoğan İslam liderlərinə deyib. "Sən mənimlə eyni səviyyədə deyilsən... Türkiyə Respublikasının ordusu səndən göstərişlər alacaq deyil", o əlavə edib. "Onu bil ki, biz istədiyimizi edəcəyik".

Mübahisənin yaranmasına İraqın şimalındakı türk qoşunları səbəb olub. Keçən ildən bəri Başiqa hərbi düşərgəsində təxminən 2000 türk qoşunu yerləşdirilib.

Onlar Mosulun özünü İslam Dövləti adlandıran qruplaşmadan alınması üçün sünni döyüşçülərə və Peşmərgə adlanan İraqın kürd döyüşçülərinə təlim keçirlər.

Onlar İraqın şimalındakı Kurdüstan Regional Hökumətinin (KRG) razılığı ilə orda yerləşiblər. Lakin görünür Bağdadın razılığı olmayıb.

İraqın baş naziri Heydər əl-Abadi türk qoşunlarını "regional müharibə" təhlükəsi yaradan "işğalçı qüvvə" adlandırıb. Bağdad və Ankara məsləhətləşmək üçün səfirlərini geri çağırıblar.

Fotonun müəllifi EPA
Image caption Kürd Peşmərgə qüvvələri Mosul uğrunda İD-yə qarşı vuruşa hazırlaşır

Bu qarşıdurma Mosul əməliyyatında təkcə Türkiyənin iştirakına deyil, həm də əməliyyatın özünə təhlükə yaradır.

Birləşmiş Ştatlar deyir ki, İraqdakı bütün hərbi əməliyyatlar İraq hökumətinin razılığı və qarşılıqlı əlaqələndirmə şəraitində həyata keçirilməlidir.

"ABŞ İD-yə qarşı döyüşə əngəl olacaq başqa bir döyüş istəmir", Al-Monitor qəzetinin hərbi təhlilçisi və guşə yazarı Metin Gurcan deyir.

"ABŞ-ın mövqeyi belədir: əgər Türkiyə İraqda İD-ə qarşı müharibə aparmaq istəyirsə, bizim çətirimiz altına gəlməlidir. Məqsəd Türkiyənin yeni oyun oynamasının qarşısını almaqdır".

Bəs Türkiyənin oyunu nədir? Türkiyənin əsas istəklərindən biri sünni türkmənlərin məskunlaşdığı Mosula təsirini itirməməkdir.

Ankaranın Heydər Əl-Abadinin şiə hökuməti ilə heç də yaxşı olmayan münasibətləri var və Mosulun alınmasında şiə hərbiyyəsinin iştirakı məsələsini qabardır.

Türkiyə baş naziri "regionun demoqrafik tərkibinin zorla dəyişdirilməsinə" qarşı xəbərdarlıq edib.

Türkiyə, ölkə daxilindəki kürd PKK döyüşçülərini və Suriyadakı kürd silahlılarını terrorçi hesab etsəd də, İraqdakı kürd hökuməti ilə əməkdaşlıq edir. Bu əməkdaşlığa İraq Kürdüstanından Türkiyəyə neft ixracatı da daxildir.

Ankara PKK ilə müttəfiq olan qüvvələri Mosul əməliyyatından kənar saxlama istəyir.

Fotonun müəllifi AP
Image caption İraqın baş naziri Heydət Əl-Abadi cənab Erdoğana Twitter-də cavab verib

Həmçinin oxuyun:

"Ankara İraqın şimalında KRG və sünni tayfalar vasitəsilə sünni hakimiyyəti yaratmaq istəyir - "Sünnistan" kimi bir şey", deyir Metin Gurcan. Lakin o, şüşə dolu otaqda iki fillə birgə oynayır: ABŞ və Rusiya ilə.

"Türkiyə NATO üzvü olaraq ABŞ-la birgə olmalıdır. Lakin o, siyasi və diplomatik səviyyədə Rusiya ilə müttəfiqliyə çalışır - bu isə təhülkəli çat əmələ gətirir".

Ankaranın ritorikası həmişəki kimi daxilə yönəlib. Təhrikçi prezident, xüsusən də iyul çevrilişinə cəhddən sonra, tərəfdarları qarşısında millətçi və qarşıdurma yaradan çıxışları ilə tanınır.

Bu hədələrin əmələ keçməsi gözlənilən deyil və Türkiyə yəqin ki, Mosul əməliyyatında iştirak edəcək - ən azı hava dəstəyini təmin etməklə.

Lakin iki qonşu arasında artan gərginlik hədəfi yayındırır.

Bağdadda baş nazir Türkiyə prezidentinə cavab vermək üçün Twitterd-dən istifadə edib, cənab Erdoğanın çevrilişə cəhd zamanı FaceTime vasitəsilə çıxışına kinayəli mesajı ilə.

"Biz sizin düşməniniz deyilik və torpaqlarımızı insanlarımızın qətiyyəti ilə azad edəcəyik, video çağırışla deyil", Heydər Əl-Abadinin Twitter mesajında deyilir.

Türkiyə prezidenti yəqin ki, qəzəblənir.

Əlaqəli mövzular

Bu barədə daha geniş