Antalyada “partlayış baş verib”

Antalya Fotonun müəllifi Getty Images
Image caption Antalya Türkiyənin turist mərkəzlərindən biridir

Türkiyənin Antalya şəhərində partlayış baş verib, Türkiyə mətbuatı xəbər verir. Ölən və yaralananlar barədə məlumat daxil olmayıb.

Anadolu agentliyinə əsasən partlayış Antalyanı Kemerlə bağlayan yolun yaxınlığındakı balıqçılar limanında baş verib.

Hadisə yerində polis və tibbi yardım maşınları var. Partlayışın səbəbləri müəyyən edilir.

Doğan agentliyi limanın raket atəşinə məruz qaldığını bildirir: Dağlıq bölgədən buraxılan iki raketdən biri balıq mağazasına düşüb.

Аntalya turistlər arasında populyardır.

Uzun müddət ərzində burada hücum və hərbi əməliyyatlar aparılmayıb.

Hətta iyul ayında baş verən hərbi çevriliş cəhdi vaxtı şəhərdə vəziyyət nisbətən sakit olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş