Moskva-Yerevan avtobusu qəzaya uğrayıb

52 sərnişinlə Moskvadan Yerevana hərəkət edən Mercedes markalı avtobus, avtomobil daşıyan Scania markalı maşınla toqquşub Fotonun müəllifi TASS/ Getty
Image caption Moskvadan Yerevana hərəkət edən sərnişin avtobusu, avtomobil daşıyan Scania markalı maşınla toqquşub

Moskvadan Yerevana hərəkət edən sərnişin avtobusunun qəzası nəticəsində 5 adam həlak olub. Ölənlərin hamısı - bir qadın və üç kişi - Ermənistan vətəndaşıdır.

Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, hadisə oktyabrın 14-də yerli vaxtla saat 4:30 radələrində Şimali Osetiya ərazisində, Qafqaz avtomobil yolunun 8-ci kilometrində baş verib.

52 sərnişinlə Moskvadan Yerevana hərəkət edən Mercedes markalı avtobus, avtomobil daşıyan Scania markalı maşınla toqquşub.

Qəzanın səbəbləri hələ məlum deyil.

Qəza nəticəsində 5 adam ölüb, 27 nəfər yaralanıb. Zərər çəkənlər arasında 10-15 yaşlarında 4 uşaq da var, birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Zərərçəkənlərin 9 nəfəri Vladiqafqaz xəstəxanalarında, digərləri müvəqqəti saxlama məntəqələrində yerləşdiriliblər.

Səhhətində ciddi problemlərin olmadığı şəxslərin cümə günü Rusiya FHN təyyarəsi ilə Ermənistana çatdırılacağı nəzərdə tutulub.

Şimali Osetiya Səhiyyə Nazirliyi zərər çəkənlər haqqında məlumat almaq üçün "qaynar telefon xətti" açıb.